12px13px15px17px
Tarix:27/09/11

MTRŞ sədri: “Noyabrda 90 faiz rəqəmsal yayıma keçid gerçəkləşəcək”

Azərbaycanda analoq yayımdan rəqəmsal yayıma keçidlə bağlı inqilabi dəyişiklik gözlənilir.

Bunu “Milli televiziyanın beynəlxalq standartları” mövzusunda keçirilən beynəlxalq konfransda Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib.

Nuşirəvan Məhərrəmli deyib ki, həm texniki, həm də keyfiyyət baxımından ciddi dəyişikliklər əldə olunub. Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də artıq bu məsələ ilə məşğuldur.

Lisenziya sahəsində Avropa təcrübəsi öyrənilib: “Hesab edirəm ki, noyabrda Azərbaycanda 85-90 faiz rəqəmsal yayıma keçidi həyata keçirə biləcəyik. Bunun üçün respublikada yayımçılar da hazırlıq vəziyyətinə gətirilib”.

Nuşirəvan Məhərrəmli əsas problemin isə əhali ilə bağlı olduğunu vurğulayıb. Çünki rəqəmsal keçid üçün dekoderlərə ehtiyac var.

Bu dekoderlər “Kur” zavodunda hazırlanır. Lakin 30-40 manata satılan dekoderlərin qiyməti hələ yüksəkdir. Bununla bağlı problemlərin həlli üçün tədbirlər görüləcək.

MTRŞ sədri 2012-ci ildə analoq yayımın tam ləğv olunacağını bəyan edib. Bu zaman Avropa, ABŞ və Yaponiya modelindən istifadə olunacaq: “Amma qanunvericilikdə hansı dəyişikliklərin olacağı hələ dəqiqləşməyib”.



Baxış sayı: 1626

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024