Tarix:25/10/16
Belə ki, ilk seminarlar Bərdə və Tərtər rayonlarında baş tutub. Seminarlarda 100-dən çox müxtəlif yaş qruplarından olan vətəndaşlar iştirak edib.
“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin, Məlumat Hesablama Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və yerli sakinlərin iştirak etdiyi seminarlarda "Elektron hökumət" xidmətlərinin məmur-vətəndaş təmasının maksimum azaldılması, şəffaflığın təmin edilməsi istiqamətində əhəmiyyətindən danışılıb. Bildirilib ki, region əhalisinin “Elektron hökumət” haqqında yetərincə informasiyaya malik olmaması elektron xidmətlərdən istifadəni məhdudlaşdırır.
Seminarlarda Məlumat Hesablama Mərkəzinin nümayəndəsi portal üzrə təqdim olunan 415 elektron xidmətlər və bu xidmətlərin üstünlükləri barədə məlumat verib.
Portal üzrə əhali tərəfindənən çox müraciət olunan xidmətlər barədə məlumatlar da iştirakçılarının diqqətinə çatdırılıb. Bu elektron xidmətlərdən bəziləri onlayn rejimdə təqdim edilib.
Sonda iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırılıb.
Məlumat üçün bildirək ki, növbəti seminarlar 4-5 noyabr tarixlərində Ağdam və Goranboy rayonlarında baş tutacaq. Tədbirdə iştirak etmək istəyənlər (+994) 55 267 00 61 nömrəsinə zəng edərək müraciət edə bilər.
"Elektron hökumət" mövzusunda Bərdə və Tərtər rayonlarında seminar keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi cəbhəyanı rayonlarda “Elektron hökumət” mövzusunda seminarlara start verib.Belə ki, ilk seminarlar Bərdə və Tərtər rayonlarında baş tutub. Seminarlarda 100-dən çox müxtəlif yaş qruplarından olan vətəndaşlar iştirak edib.
“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin, Məlumat Hesablama Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və yerli sakinlərin iştirak etdiyi seminarlarda "Elektron hökumət" xidmətlərinin məmur-vətəndaş təmasının maksimum azaldılması, şəffaflığın təmin edilməsi istiqamətində əhəmiyyətindən danışılıb. Bildirilib ki, region əhalisinin “Elektron hökumət” haqqında yetərincə informasiyaya malik olmaması elektron xidmətlərdən istifadəni məhdudlaşdırır.
Seminarlarda Məlumat Hesablama Mərkəzinin nümayəndəsi portal üzrə təqdim olunan 415 elektron xidmətlər və bu xidmətlərin üstünlükləri barədə məlumat verib.
Portal üzrə əhali tərəfindənən çox müraciət olunan xidmətlər barədə məlumatlar da iştirakçılarının diqqətinə çatdırılıb. Bu elektron xidmətlərdən bəziləri onlayn rejimdə təqdim edilib.
Sonda iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırılıb.
Məlumat üçün bildirək ki, növbəti seminarlar 4-5 noyabr tarixlərində Ağdam və Goranboy rayonlarında baş tutacaq. Tədbirdə iştirak etmək istəyənlər (+994) 55 267 00 61 nömrəsinə zəng edərək müraciət edə bilər.
Baxış sayı: 1076
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı