Tarix:27/10/16
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, aparıcı smartfon istehsalçılarının reytinqində dəyişiklik qeydə alınmayıb. İlk beşlikdə “Samsung”, “Apple”, “Huawei”, “Oppo” və “Vivo” şirkətləri qərarlaşıblar.
“Galaxy Note 7” ilə bağlı problem qısamüddətli perspektivdə “Samsung” şirkətinin liderliyinə təsir etməyib: üçüncü rübdə şirkət əvvəlki kimi liderliyini qoruyub saxlayıb, ancaq Cənubi Koreya brendi üçün uzunmüddətli nəticələr hələ özünü göstərəcək.
“IDC”-nin hesablamasına görə, 2016-cı ilin iyul-sentyabrında “Samsung” şirkəti 72.5 milyon smartfon tədarük edib. Bu halda mütəxəssislər bildiriblər ki, “Note 7”-nin satış həcmini Cənubi Koreya şirkətinin göstəricilərinə daxil etməyiblər. Ötən ilin göstəriciləri ilə müqayisədə “Samsung”un qurğularının tədarük həcmi 13.5% azalıb.
“Apple” şirkəti 45.5 milyon “iPhone” smartfonu tədarük edib. Ötən il bu göstərici 48 milyon təşkil edib. Şirkət rəsmiləri etiraf ediblər ki, 5.5 düymlük “iPhone 7 Plus” smartfonuna olan çox yüksək tələbatın öhdəsindən gəlmirlər.
“Huawei” şirkəti ilin son rübündə 33.6 milyon smartfon tədarük edərək ötənilki göstəricini (23%) yaxşılaşdırıb. Nəticədə “Huawei” şirkətinin bazar payı 7.6%-dən 9.3%-dək artıb.
Emil Hüseynov
Qlobal smartfon bazarının həcmi 1% artıb
“IDC” analitikləri 2016-cı ilin üçüncü rübü üzrə qlobal smartfonlar bazarındakı vəziyyət haqda ilkin məlumatları dərc ediblər. Mütəxəssislərin qiymətləndirməsinə görə, şirkətlər ilin son rübündə ümumilikdə 362.9 milyon smartfon tədarük ediblər.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, aparıcı smartfon istehsalçılarının reytinqində dəyişiklik qeydə alınmayıb. İlk beşlikdə “Samsung”, “Apple”, “Huawei”, “Oppo” və “Vivo” şirkətləri qərarlaşıblar.
“Galaxy Note 7” ilə bağlı problem qısamüddətli perspektivdə “Samsung” şirkətinin liderliyinə təsir etməyib: üçüncü rübdə şirkət əvvəlki kimi liderliyini qoruyub saxlayıb, ancaq Cənubi Koreya brendi üçün uzunmüddətli nəticələr hələ özünü göstərəcək.
“IDC”-nin hesablamasına görə, 2016-cı ilin iyul-sentyabrında “Samsung” şirkəti 72.5 milyon smartfon tədarük edib. Bu halda mütəxəssislər bildiriblər ki, “Note 7”-nin satış həcmini Cənubi Koreya şirkətinin göstəricilərinə daxil etməyiblər. Ötən ilin göstəriciləri ilə müqayisədə “Samsung”un qurğularının tədarük həcmi 13.5% azalıb.
“Apple” şirkəti 45.5 milyon “iPhone” smartfonu tədarük edib. Ötən il bu göstərici 48 milyon təşkil edib. Şirkət rəsmiləri etiraf ediblər ki, 5.5 düymlük “iPhone 7 Plus” smartfonuna olan çox yüksək tələbatın öhdəsindən gəlmirlər.
“Huawei” şirkəti ilin son rübündə 33.6 milyon smartfon tədarük edərək ötənilki göstəricini (23%) yaxşılaşdırıb. Nəticədə “Huawei” şirkətinin bazar payı 7.6%-dən 9.3%-dək artıb.
Emil Hüseynov
Baxış sayı: 916
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır