12px13px15px17px
Tarix:27/10/16

Gürcüstanın daha iki kanalı “Azerspace-1” peykində yayıma başladı

Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC Gürcüstanın daha iki kanalı – "Palitra" TV və "Trialeti" TV kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, kanallar 2016-cı ilin oktyabr ayından etibarən "Azerspace-1" peyki üzərindən 11095/H/27500  tezliyi ilə yayımlanır. Adıçəkilən kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, idman, musiqi, yumor və mədəniyyət verilişləri nümayiş olunur.

Peyk operatoru, həmçinin, Türkiyənin "Damar" FM radio kanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi  radio kanalı "Azerspace-1" peyki üzərindən 2016-cı ilin oktyabr ayından etibarən 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.




Baxış sayı: 1227

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024