12px13px15px17px
Tarix:27/09/11

"Multitaç" sözü “Apple” şirkətinin ticarət markası kimi qeydiyyata alınmayıb

ABŞ Patent şöbəsinin nəzdindəki Apelyasiya Komitəsi “Apple” şirkətinə “Multi-Touch” (" multitaç") ticarət markasının qeydiyyatını rədd edib. Bu barədə “Mac Rumors” bloqu xəbər verib.

Komitənin fikrincə, "multitaç" sözü “Apple” şirkətinin ticarət markası kimi qeydiyyata alına bilməz. Çünki bu söz "universal mənaya" malikdir və yalnız “Apple” qurğularına deyil, həm də digər istehsalçıların məhsullarına tətbiq edilə bilər.

Komitənin yaydığı bəyanatda deyilir ki, "multitaç" sözü yalnız konkret texnologiyanı ifadə etmir, həm də istifadəçilərin qurğularla qarşılıqlı əlaqəsi üsulunu təsvir edir.

“Apple” şirkəti "multitaç" sözünün ticarət markası kimi qeydiyyatını 2007-ci ilin yanvar ayında sifariş verib. Həmin ay şirkət “iPhone” smartfonunun ilk modelini təqdim edib.

Şirkət Apelyasiya Komitəsinə "multitaç" sözünün Patent şöbəsinin hüquqşünasları tərəfindən ticarət markası kimi qeydiyyatı rədd edildikdən sonra müraciət edib.

Qeyd edək ki, “apple.com” saytında “Apple”-a aid ticarət markalarının siyahısında "multitaç" sözü (Multi-Touch) əvvəlki kimi qalmaqdadır.



Baxış sayı: 1059

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024