12px13px15px17px
Tarix:02/11/16

“Instagram” istifadəçiləri fotoşəkillərdə təsvir edilən məhsulları satın ala biləcəklər

Populyar “Instagram” foto xidməti növbəti həftə istifadəçilərə fotoşəkillərdə təsvir edilən müxtəlif məhsulları əldə etməyə imkan verən yeni funksiyanın sınağına başlamağı planlaşdırır. Bu barədə “Instagram” saytında yerləşdirilən məlumatda deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, ilkin mərhələdə yeni funksiyadan ABŞ-da xidmətin “iOS” əməliyyat sistemi üçün nəzərdə tutulan versiyasının məhdud saylı istifadəçiləri yararlana biləcək. Sınaqlarda “Kate Spade”, “Warby Parker” və “JackThreads” kimi məşhur 20 brendin iştirakı gözlənilir. Satışa çıxarılan mallar şirkətlərin profillərində yerləşən fotoşəkillərdə qeyd ediləcək, istifadəçilər isə fotoşəkilin aşağı sol küncündə müvafiq işarəni sıxmaqla məhsul barədə geniş məlumatın olduğu şəkillərə baxmaq imkanı əldə edəcəklər.
 
Seçdiyi məhsulu, məsələn, çanta və ya eynəyi almaq istəyən istifadəçi mağazanın saytına yönəldilərək alış üçün ödənişi orada edə biləcək.
 
Funksiyanın digər ölkələrdə nə vaxt istifadəyə veriləcəyi və “Android” mobil əməliyyat sistemli qurğu istifadəçilərinin ondan yararlana biləcəyi barədə məlumat verilmir.  
 
Nizam Nuriyev 




Baxış sayı: 1215

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024