12px13px15px17px
Tarix:03/11/16

Rəqəmli çevirici qurğudan istifadə üçün nələrə əməl etmək lazımdır?

Məlum olduğu kimi, 1 noyabr 2016-cı il tarixindən etibarən Bakı, Sumqayıt şəhərlərində və Abşeron yarımadasında analoq yayım dayandırılaraq, tam olaraq rəqəmli televiziya yayımına keçilib. Müasir televizorlar, o cümlədən 2011-ci ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.
 
Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri ("Set-Top-Box")  radioelektron malların satış məntəqələrindən və istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür.
 
Qeyd edək ki, rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.
 
 Hazırda bir çox satış məntəqələrində və poçt şöbələrində satılan "NPR-4000T" markalı rəqəmli çevirici qurğu analoq televizorlara qoşulmaqla açıq yayımlanan DVB-T standartlı rəqəmli televiziya proqramlarının qəbulu üçün nəzərdə tutulub. Beləliklə, sözügedən qurğunun sazlanması üçün nəzərdə tutulan təlimatı təqdim edirik.
 
- Çevirici qurğu vasitəsilə rəqəmli televiziya proqramlarını qəbul etmək üçün analoq televizora birləşdirilən adi efir antenası bu qurğunun arxa hissəsində yerləşən RF İN girişinə qoşulmalıdır;
 
 
- A/V (üçrəngli başlığı olan) kabelin bir tərəfi rənginə uyğun olaraq çevirici qurğunun arxa hissəsində yerləşən VİDEO (sarı), R-AUDİO (qırmızı) və L-AUDİO (ağ) girişlərinə birləşdirilməlidir;
 
 
- A/V kabelin digər tərəfi isə analoq televizorun arxasında (və ya yan hissələrində) yerləşən İN VİDEO (sarı), R-AUDİO (qırmızı) və L-AUDİO (ağ) girişlərinə birləşdirilməlidir;
 
 
- Analoq televizorların arxa hissəsində yalnız İN VİDEO (sarı) və R-AUDİO (qırmızı) və ya İN VİDEO (sarı) və L-AUDİO (ağ) girişləri olduqda  yalnız bu qeyd olunan iki girişə A/V kabelin qoşulması təmin edilməlidir;
 
 
- Yuxarıda qeyd olunan kabellər birləşdirildikdən sonra qurğunun elektrik kabeli 220V-luq şəbəkəyə qoşulmalı və bu halda qurğunun ön hissəsində sol tərəfdə qırmızı işıq yanarsa, bu işığın yanında olan və ya pultdakı POWER düyməsi basılmalı, analoq televizor A/V rejiminə keçirilməlidir;
 
 
- Çeviricinin pultundakı Menyu düyməsi basılaraq Menyuya daxil olmaq lazımdır;
 
 
- Pultun idarəetmə düymələrindən (sağ, sol, yuxarı və aşağı) istifadə etməklə Menyuda Axtarış (Поиск) səhifəsinə keçmək və Avtomatik və ya Əl ilə  (РУЧНОЙ) axtarışa daxil olmaq lazımdır;
 
 
- Əl ilə axtarış (РУЧНОЙ) zamanı kanal tezliyi (ЧАСТОТА КАНАЛА) qurğunun yerləşdiyi yaşayış məntəqəsində rəqəmli televiziya kanalına uyğun  seçilərək (Məsələn, Bakı şəhəri üçün 37 və 48-ci TV kanallar) axtarış üçün OK düyməsi basılmalıdır.
 
Xatırladaq ki, qurğunun analoq televizora qoşulması ilə bağlı hər hansı əlavə sual yaranarsa, hər gün 24 saat ərzində ölkənin istənilən yaşayış məntəqəsindən  01 fevral 2017-ci il tarixinədək ödənişsiz olmaqla
1411 "qaynar xətt"inə zəng etmək və ya "www.dvbt.az" saytından ətraflı məlumat əldə etmək olar.




Baxış sayı: 1278

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2018

23 02 2018

23/02/18
Avstriyanın nümayəndə heyəti ilə nəqliyyat və yüksək texnologiyalar sahəsində əməkdaşlıq müzakirə olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və 

23/02/18
Smartfon kamerası tam funksiyalı mikroskopa çevrilib

ABŞ mühəndisləri üçölçülü printerdə adi mobil telefonu peşəkar mikroskopa çevirməyə imkan verən 

23/02/18
"İdeyadan Biznesə" şüarı ilə “Startap Günləri”nə start verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi, Yüksək Texnologiyalar Parkı, 

23/02/18
İsveçli proqramçılar mərhumla “ünsiyyət” saxlamağa imkan verəcək texnologiya hazırlayır

"İnsanın elektron surəti" sadə məişət söhbətlərini dəstəkləmək qabiliyyətinə malikdir, amma tamamilə yeni 

23/02/18
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Saatlıda vətəndaşlarla görüşüb

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin fevral

23/02/18
Qlobal internetin təmini üçün iki peyk buraxılıb

ABŞ-ın məşhur iş adamı İlon Maska məxsus özəl “SpaceX” şirkəti qlobal internetin təmini üçün iki peykin 

23/02/18
Dünyada təmassız ödəmə xidmətindən istifadə sürətlə populyarlaşır

“Loup Ventures” tədqiqat firmasının 2017-ci ilin sonuna olan məlumatına görə, dünyada “iPhone” 

23/02/18
Gecə sınaqları üçün ilk günəş reaktoru yaradılıb

Dünya alimlər qrupu “Contisol” adlanan dünyanın ilk günəş reaktorunu qurub. Havada işləyən unikal aparat 

23/02/18
“Samsung Galaxy S10” smartfonu “5G” rabitə texnologiyasını dəstəkləyəcək

Cənubi Koreya nəhəngi yeni mobil rabitə texnologiyasının hazırlanması və sınaqdan keçirilməsi üzrə