12px13px15px17px
Tarix:03/11/16

İKT sahəsində kiçik və orta sahibkarlığın inkişafı müzakirə olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkında Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən yaradılan İKT Komissiyasının 2-ci toplantısı keçirilib.  Toplantıda Komissiyanın üzvü qismində Azərbaycanın İKT sahəsində aparıcı şirkətlərinin rəhbərləri, informasiya cəmiyyətinin tanınmış nümayəndələri, yüksək texnologiyalar üzrə ölkəmizin beyin mərkəzləri, informasiya texnologiyaları üzrə tanınmış iş adamları iştirak etdi.  Komissiyanın iclasında həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Məlumat Hesablama Mərkəzinin, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondu, (AZPROMO), Milli Elmlər Akademiyasının, ADA Universitetinin rəhbərliyi iştirak edib. 
 
Azərbaycan Sahibkarlar Konfederasiyasının Komissiya sədri İsmayıl Ələkbərov tədbiri giriş sözü ilə açaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iri-miqyaslı islahatlar prosesinə ölkə sahibkarların dəstək olduğunu bildirib.  Komissiya sədri ölkəmizin biliyə və intellektə əsaslanan yeni iqtisadi model əsasında inkişafının vacibliyini vurğulayaraq, fəaliyyətini bu istiqamətdə quran İKT Komissiyasının strategiyası, gələcək iş prinsipləri və fəaliyyət istiqamətləri barədə məlumat verib.  Həmçinin, Komissiyanın ölkəmizdə İKT və rabitə sahəsində fəaliyyət göstərən biznes dairələrini birləşdirən aparıcı platforma olduğu qeyd edilib.
 
Toplantıda iştirak edən digər qurumların nümayəndələri tərəfindən ölkəmizdə yüksək texnologiyaların, innovasiyaların, startapların inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, İKT-nin inkişafı istiqamətində dövlətin siyasəti, sahibkarlığın inkişafı və işgüzar mühitin yaxşılaşdırılması istiqamətində dövlət-özəl tərəfdaşlığının yaradılmasının vacibliyi vurğulanıb.
 
İclas zamanı Azərbaycan İKT Sənayesinin Strateji İnkişaf Planı, Azərbaycanda İKT sahəsində işgüzar dairələri öz sıralarında birləşdirəcək ixrac yönümlü Milli Assosiasiyanın yaradılması, İKT həllərinin və məhsullarının xarici bazarlara ixracının təşviqi, elektron ticarət və qanunvericiliyinin vəziyyəti və əqli mülkiyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Komissiyanın iclası zamanı aparılan müzakirələrdə İKT sahəsində biznes mühitinin yaxşılaşdırılması, milli texnoloji yeniliklərin, proqram təminatı və sistem inteqrasiyası həllərimizin xarici bazarlara ixracının təşviq edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və startap hərəkatınına təkan verilməsi üçün konkret təkliflərin hazırlanması və Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim edilməsi qərara alınıb.










Baxış sayı: 776

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024