Tarix:04/11/16
"ICTnews" Elektron Xəbər Xidməti "newsru.ru" saytına istinadən yazır ki, şirkətin hesabatına əsasən, 2016-cı ilin oktyabrında istifadəçilərin 48.7%-i internetə FK, 51.3%-i isə mobil qurğular vasitəsilə daxil olublar.
7 il ərzində mobil texnologiyalar belə böyük uğura imza atıblar: 2009-cu ildə internet auditoriyasının, demək olar, 100%-ni FK istifadəçiləri təşkil edirdi. "Phone Arena" nəşri qeyd edir ki, auditoriyalar nisbətinin dəyişilməsi inkişaf etməkdə olan ölkələrdə yaşayan smartfon və planşet istifadəçilərinin sayəsində baş verib, çünki onlar internetə çıxış üçün iki müxtəlif qurğudan istifadə imkanına malik deyillər. Amma inkişaf etmiş ölkələrdə (məsələn, ABŞ) FK hələ də mobil qurğulardan populyardır, amma onlar arasında fərq tədricən azalır.
Tədqiqatın nəticələrini şərh edən "StatCounter" xidmətinin icraçı direktoru Odan Kallen bildirib ki, bu məlumat sayt sahibləri üçün vacib siqnaldır, onlar resurslarının mobil qurğular üçün uyğunlaşdırıldığına əmin olmalıdırlar. O xatırladıb ki, "Google" mobil qurğudan axtarış zamanı mobil qurğulara uyğunlaşdırılmış saytlara üstünlük verir.
Emil Hüseynov
Mobil internet istifadəçilərinin sayı ilk dəfə fərdi kompüterin köməyilə internetə daxil olanların sayını ötüb
Smartfon və planşetlərin köməyilə internetə daxil olan istifadəçilərin sayı ilk dəfə fərdi kompüter (FK) və noutbuklar vasitəsilə internetə daxil olan istifadəçilərin sayını ötüb. Bu haqda "StatCounter" statistika xidmətinin məlumatlarına istinadən "Phone Arena" nəşri məlumat yayıb."ICTnews" Elektron Xəbər Xidməti "newsru.ru" saytına istinadən yazır ki, şirkətin hesabatına əsasən, 2016-cı ilin oktyabrında istifadəçilərin 48.7%-i internetə FK, 51.3%-i isə mobil qurğular vasitəsilə daxil olublar.
7 il ərzində mobil texnologiyalar belə böyük uğura imza atıblar: 2009-cu ildə internet auditoriyasının, demək olar, 100%-ni FK istifadəçiləri təşkil edirdi. "Phone Arena" nəşri qeyd edir ki, auditoriyalar nisbətinin dəyişilməsi inkişaf etməkdə olan ölkələrdə yaşayan smartfon və planşet istifadəçilərinin sayəsində baş verib, çünki onlar internetə çıxış üçün iki müxtəlif qurğudan istifadə imkanına malik deyillər. Amma inkişaf etmiş ölkələrdə (məsələn, ABŞ) FK hələ də mobil qurğulardan populyardır, amma onlar arasında fərq tədricən azalır.
Tədqiqatın nəticələrini şərh edən "StatCounter" xidmətinin icraçı direktoru Odan Kallen bildirib ki, bu məlumat sayt sahibləri üçün vacib siqnaldır, onlar resurslarının mobil qurğular üçün uyğunlaşdırıldığına əmin olmalıdırlar. O xatırladıb ki, "Google" mobil qurğudan axtarış zamanı mobil qurğulara uyğunlaşdırılmış saytlara üstünlük verir.
Emil Hüseynov
Baxış sayı: 1126
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib