12px13px15px17px
Tarix:06/11/16

6 noyabr - Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür

6 noyabr - Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 90 il əvvəl məhz tarixin bu günü  Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu il isə bu təqvim daha bir yeniliklə - Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya  yayımına keçidlə əlamətdardır. Məlum olduğu kimi, cari ilin noyabr ayının 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında analoq yayım dayandırılıb və tam olaraq rəqəmli televiziya  yayımına keçilib. Dekabr ayının 1-dən isə Naxçıvan Muxtar Respublikası istisna olmaqla respublikanın digər əraziləri də rəqəmli yayıma keçəcək. Məlumat üçün bildirək ki,  Naxçıvanda tam olaraq rəqəmli teleradio yayımına 2014-cü ilin dekabr ayından etibarən start verilib.
 
Radio-televiziya yayımları sahəsində yeni rəqəmli texnologiyaların tətbiqi analoq standartının daha müasir rəqəmli standartla əvəz edilməsi zərurətini meydana çıxarıb. Digər ölkələrdə olduğu kimi, respublikamızın ərazisində də rəqəmli televiziya yayımının tətbiqi istiqamətində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırda müvafiq tədbirlər görülməkdədir.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilib və Nazirlər Kabinetinin 2011-ci ildə növbəti qərarı ilə "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı" təsdiq olunub. Təbii ki, yeni yayım sisteminə keçid üzrə ən əsas qərar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" oldu.

Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.
 
Azərbaycanda rəqəmli televiziya yayımına keçidlə əlaqədar ilk dəfə 2004-cü ildə Bakı Teleqüllə Kompleksinin test işlərinə başlanılıb. Respublikada rəqəmli TV yayımı üçün DVB-T MPEG-4 standartı qəbul olunub. Respublikanın bütün şəhər və rayon mərkəzləri və ətraf yaşayış məntəqələri açıq paketli rəqəmli televiziya yayımı ilə təmin edilib.
 
Şübhəsiz ki, Azərbaycanda televiziya və radioyayımı üzrə yeni standartların tətbiqi üçün davamlı olaraq, kompleks tədbirlər həyata keçirilib.
 
İlk olaraq, 1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası fəaliyyətə başlayıb.1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün yeni Teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə Teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanıb. 
 
Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.
 
Hazırda ölkə ərazisində radio proqramları orta dalğa (AM radio 526,5-1606,5kHs) və UQD dalğa diapazonundakı tezliklərdə (FM radio 88 MHs-108 MHs), televiziya proqramları isə PAL, D/K standartında və III, IV və V televiziya diapazonlarında yayımlanır. Qeyd edək ki, rəqəmli televiziya yayım şəbəkəsi DVB-T standartı üzrə qurulub.
 
Orta dalğalarda "Azərbaycan" radiosu və müxtəlif dillərdə yayımlanan "Xaricə yayım" radio proqramları yayımlanır. Orta dalğa radio yayımlarının texnoloji xüsusiyyətlərindən asılı olaraq, bu dalğalarda yayımlanan proqramlar nəinki ölkə daxilində, hətta xarici ölkələrdə də qəbul oluna bilir.
 
Ümumrespublika radio və televiziya proqramları yerüstü yayımla yanaşı, peyklərdən də (məsələn, "Azerspace" peyki) yayımlanır. 





Baxış sayı: 1726

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Fevral 2017

22/02/17
“Mac” üçün proqramların işində fasilələr yaranıb

“Apple” şirkətinin “Mac” fərdi kompüter istifadəçiləri son vaxtlar bu platforma üçün bir

22/02/17
“Intel” 1 qiqabitlik internet sürətini dəstəkləyən “LTE” modem təqdim edib

1000 Mbit/s yükləmə sürəti mobil şəbəkələrin inkişafında yeni mərhələdir. Avstraliyada yerli “Telstra” operatoru 

22/02/17
“Selfie” üçün ideal qurğu təqdim olunub

Populyar “Meitu” proqramının yaradıcıları məxsusi olaraq “selfie” çəkilişi üçün nəzərdə tutulan

22/02/17
“Samsung” şirkəti “Galaxy Note 7” smartfonunu yenidən satışa çıxaracaq

“Samsung” şirkəti təmir edilmiş “Galaxy Note 7” smartfonlarını yenidən satışa çıxaracaq. 2017-ci ilin iyununda 

22/02/17
Yeni “LTE” modemi mobil şəbəkələrdə məlumatları daha sürətli ötürəcək

“Qualcomm” şirkəti mobil şəbəkələrdə məlumatları 1,2 giqabit/saniyəyədək sürətində ötürən “X20 LTE” modeminin

22/02/17
“Huawei” şirkəti qabaqcıl “Honor V9” smartfonunu təqdim edib

Çinin “Huawei” şirkəti yüksək dəqiqlikli  böyük ekran və nazik korpusla təchiz edilmiş qabaqcıl “Honor V9

22/02/17
“Azərkosmos” və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 

22/02/17
Yeni tip akkumulyatorlar yaradılıb

ABŞ alimləri dünyada ilk dəfə olaraq enerji daşıyıcısı kimi yalnız hidroksonium ionlarından istifadə edən batareya 

21 02 2017

21/02/17
“Apple” şirkətinin smartfonları displey üzərində mikroçatları aşkar edəcək

ABŞ-ın “Apple” şirkəti öz smartfonlarının ekranında mikroçatların aşkar edilməsi texnologiyasını patentləyib. 

21/02/17
Avropada “Windows 10” sisteminin təhlükəsizliyi narahatlıq doğurur

Avropa İttifaqının məxfi informasiyanın mühafizəsinə nəzarət üzrə tənzimləyici orqanı “29-cu maddə üzrə işçi 

21/02/17
Kütlənin davranışını müəyyənləşdirən proqram hazırlanıb

Beynəlxalq alimlər qrupu fövqəladə hallar daxil olmaqla kütlənin davranışını proqnozlaşdıran  “PULSE” adlı 

21/02/17
“Intel” dronu basketbolçuya ötürmə edib

“Intel” şirkətinin mütəxəssislərinin hazırladıqları pilotsuz uçan aparatlar müxtəlif tədbirlərdə iştirak etməkdə 

21/02/17
Otaq daxilində qurğuların enerji ilə simsiz doldurulması üsulu yaradılıb

“Disney Research” laboratoriyasında alimlər qrupu tərəfindən otaq daxilində elektron qurğuların şarjının doldurulmasını 

21/02/17
BTRİB telefon xidmətləri üzrə “öncədən ödəmə” sistemini tətbiq edir

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) sabit (stasionar) telefon xidməti üçün “öncədən ödəmə” sistemi

21/02/17
“LG G6” ikitərəfli enlibucaqlı kamera ilə təchiz ediləcək

Cənubi Koreyanın “LG” şirkətinin nümayəndələri rəsmi bəyanatla çıxış edərək “LG G6” smartfonunun 

21/02/17
“WhatsApp” messencerində “Status” opsiyası istifadəyə verilib

“Facebook” şirkətinə məxsus “WhatsApp” messencerində istifadəyə verilmiş “Status” opsiyası avtomatik silinən 

21/02/17
“Samsung” şirkətinin reputasiyası son dərəcə aşağı düşüb

Amerikalı istehlakçılar arasında keçirilmiş sorğunun nəticəsi əsasında “The Harris Poll” nəşri tərəfindən tərtib 

21/02/17
“Apple” sifətin tanınması texnologiyası üzrə istehsalçını satın alıb

“Apple” korporasiyası süni intellektdən istifadə nəticəsində sifətin tanınması texnologiyalarının hazırlanması üzrə