Tarix:07/11/16
"Azərkosmos", "DCS Telecom" və "Don Telecom" arasındakı qurulan bu əməkdaşlıq "Azerspace-1" peykinin orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edəcək. Qeyd edək ki, "DCS Telecom" və "Don Telecom" şirkətləri dünyanın qabaqcıl telekommunikasiya texnologiyası üzrə böyük təcrübəsi olan provayder şirkətləridir.
Peyk operatoru, həmçinin Türkiyənin "Radyo Akman", "Radyo Derman" və "Radyo Efsana" radio kanalları ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radio kanalları "Azerspace-1" peyki üzərindən 2016-cı ilin noyabr ayından etibarən 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.
“Azərkosmos” yeni əməkdaşlıq müqavilələri imzalayıb
Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC Misir, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və Avropa regionunda aparıcı peyk xidmətləri təklif edən "DCS Telecom" və "Don Telecom" şirkətləri ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, hər iki şirkət "Azerspace-1" peykinin resurslarından istifadə edərək Afrika, eləcə də Yaxın Şərq regionunda etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil, inteqrasiya olunmuş mürəkkəb informasiya sistemlərinin tətbiqini, xüsusi həlləri və digər data xidmətlərini təqdim edəcək."Azərkosmos", "DCS Telecom" və "Don Telecom" arasındakı qurulan bu əməkdaşlıq "Azerspace-1" peykinin orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edəcək. Qeyd edək ki, "DCS Telecom" və "Don Telecom" şirkətləri dünyanın qabaqcıl telekommunikasiya texnologiyası üzrə böyük təcrübəsi olan provayder şirkətləridir.
Peyk operatoru, həmçinin Türkiyənin "Radyo Akman", "Radyo Derman" və "Radyo Efsana" radio kanalları ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radio kanalları "Azerspace-1" peyki üzərindən 2016-cı ilin noyabr ayından etibarən 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.
Baxış sayı: 2102
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır