Tarix:08/11/16
Layihənin məqsədi İKT-nin tətbiq dairəsini genişləndirmək, sosial-iqtisadi təsirlərini artırmaq, regional səviyyədə "rəqəmli fərq"i aradan qaldırmaq üçün çoxtərəfli dialoq yaratmaqdır.
Layihə çərçivəsində beynəlxalq təşkilatlarla (BMT İqtisadi və Sosial məsələlər üzrə Departamenti (UNDESA), BMT Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT Dövlət Administrasiya Şəbəkəsi (UNPAN), BMT Asiya və Sakit Okean Regionu üzrə Komissiyası (UNESCAP) və s.), eləcə də, Azərbaycanda yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, biznes dairələri ilə əməkdaşlıq ediləcək.
Eyni zamanda, "e-iştirak" üzrə milli bacarıqların artırılması, açıq hökumət məlumatları üzrə maarifləndirmə, "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsi istiqamətində fəaliyyətin həyata keçirilməsi, biliklərə əsaslanan və innovativ iqtisadiyyatın inkişafı üçün milli konsepsiyanın işlənilməsi, eləcə də "elektron hökumət" infrastrukturunun inkişafı və e-xidmətlərin təşviqi üzrə birgə işlər görülməsi nəzərdə tutulub. Regional İnternet İdarəçilik Forumunun təşkili üzrə birgə əməkdaşlıq da layihədə planlaşdırılıb.
BMTİP Azərbaycan Hökumətinin İKT sahəsində əməkdaşlıq üzrə uzunmüddətli tərəfdaşı kimi tanınır. Bu illər ərzində müxtəlif dövlət qurumları ilə çoxsaylı layihələr həyata keçirilib və bu gün də davam etdirilir.
BMTİP indiyədək Milli İKT Strategiyasının hazırlanması, "AzDataCom" şəbəkəsinin qurulması, Data Mərkəzin yaradılması, həmçinin Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər dövlət qurumlarında işgüzar proseslərin avtomatlaşdırılması sahəsində layihələrin həyata keçirilməsində əməkdaşlıq edib.
“Azərbaycanda İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi” üzrə birgə layihə reallaşdırılır
Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Azərbaycan Respublikasında İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi" layihəsinin növbəti mərhələsinin birgə icrası barədə razılıq əldə edib.Layihənin məqsədi İKT-nin tətbiq dairəsini genişləndirmək, sosial-iqtisadi təsirlərini artırmaq, regional səviyyədə "rəqəmli fərq"i aradan qaldırmaq üçün çoxtərəfli dialoq yaratmaqdır.
Layihə çərçivəsində beynəlxalq təşkilatlarla (BMT İqtisadi və Sosial məsələlər üzrə Departamenti (UNDESA), BMT Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT Dövlət Administrasiya Şəbəkəsi (UNPAN), BMT Asiya və Sakit Okean Regionu üzrə Komissiyası (UNESCAP) və s.), eləcə də, Azərbaycanda yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, biznes dairələri ilə əməkdaşlıq ediləcək.
Eyni zamanda, "e-iştirak" üzrə milli bacarıqların artırılması, açıq hökumət məlumatları üzrə maarifləndirmə, "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsi istiqamətində fəaliyyətin həyata keçirilməsi, biliklərə əsaslanan və innovativ iqtisadiyyatın inkişafı üçün milli konsepsiyanın işlənilməsi, eləcə də "elektron hökumət" infrastrukturunun inkişafı və e-xidmətlərin təşviqi üzrə birgə işlər görülməsi nəzərdə tutulub. Regional İnternet İdarəçilik Forumunun təşkili üzrə birgə əməkdaşlıq da layihədə planlaşdırılıb.
BMTİP Azərbaycan Hökumətinin İKT sahəsində əməkdaşlıq üzrə uzunmüddətli tərəfdaşı kimi tanınır. Bu illər ərzində müxtəlif dövlət qurumları ilə çoxsaylı layihələr həyata keçirilib və bu gün də davam etdirilir.
BMTİP indiyədək Milli İKT Strategiyasının hazırlanması, "AzDataCom" şəbəkəsinin qurulması, Data Mərkəzin yaradılması, həmçinin Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər dövlət qurumlarında işgüzar proseslərin avtomatlaşdırılması sahəsində layihələrin həyata keçirilməsində əməkdaşlıq edib.
Baxış sayı: 1306
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır