12px13px15px17px
Tarix:28/09/11

“Google+” istifadəçilərinin sayı 50 milyonu ötüb

“Google+” sosial şəbəkəsində artıq 50 milyondan çox istifadəçi qeydiyyatdan keçib. 1 həftədən az bir müddət ərzində resursun auditoriyası 7 milyon istifadəçi artıb.

Belə ildırımsürətli artım hər şeydən əvvəl “Google+” platformasında əvvəllər qeydiyyat üçün tələb olunan dəvət sisteminin ləğvi ilə bağlıdır.

Yeni sosial şəbəkənin istifadəçilərinin sayı “Facebook”dan təxminən 15 dəfə azdır, lakin indiki halda artım dinamikası daha əsasdır. “Google+” 50 milyon istifadəçi göstəricisinə istifadəyə veriləndən 88 gün ərzində nail olub.

Bu göstəriciyə nail olmaq üçün “Facebook”un 3 il yarımdan çox, “MySpace” və “Twitter”in, demək olar ki, 3 il, “LinkedIn” şəbəkəsinin isə 6 il yarım vaxtı gedib.



Baxış sayı: 2026

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024