12px13px15px17px
Tarix:10/11/16

Ukraynalı mütəxəssislərlə “Elektron hökumət” sahəsində gələcək əməkdaşlıq müzakirə olunub

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycanın "elektron hökumət" formalaşdırılması üzrə təcrübəsi ilə tanış olmaq üçün ölkəmizə səfər etmiş Ukrayna nümayəndə heyəti ilə görüş keçirilib. Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko görüşdə iştirak edib.
 
Ukraynanın Elektron Hökumət Agentliyinin sədr müavini Aleksey Viskubun rəhbərlik etdiyi nümayəndə heyəti səfər zamanı "Elektron hökumət" portalının fəaliyyətinin təşkili, "elektron imza"nın tətbiqi, həyata keçirilmiş layihələr barədə ölkəmizdəki təcrübə ilə əyani tanış olacaqlar.
 
Nazir müavini Elmir Vəlizadə görüşdə  Azərbaycanın "elektron hökumət" təcrübəsi barədə qonaqlara məlumat verib. Görüşdə qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
 
 
Daha sonra qonaqlar "Elektron hökumət" portalının operatoru olan Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri ilə görüşə qatılıblar. Elektron xidmətlərin genişləndirilməsi istiqamətində həyata keçirilən işlər, "elektron imza" infrastrukturu, əldə olunan nəticələr və gələcək perspektivlər barədə qonaqlara ətraflı məlumat verilib. "www.e-gov.az" portalı ilə  bağlı qonaqları maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb. 




Baxış sayı: 1071

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024