Tarix:11/11/16
Fondun icraçı direktoru Elçin Babayev tədbirin mahiyyəti haqqında məlumat verib. Bildirib ki, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmin aparıcı platforması olan "Web of Science" bazasının əsasında tərtib olunub. Analiz "Thomson Reuters" və Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.
Mükafatlandırma mərasimindən sonra Azərbaycanda nəşr olunan elmi jurnalların redaktorları üçün "Thomson Reuters" və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssislər tərəfindən "Azərbaycanın elmi jurnalları: beynəlxalq səviyyəyə doğru irəliləyiş" mövzusunda seminar-təlim keçirilib. Seminarda Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında ilk olaraq akademik Fikrət Əliyev böyük məruzə ilə çıxış edib. O, Azərbaycanda elmi jurnalların vəziyyəti ilə bağlı seminar iştirakçılarına məlumat verərək, onların daha da beynəlxalq elm aləminə inteqrasiya olması üçün konkret təkliflər irəli sürüb. Həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və cənab nazir R. Quluzadəyə Azərbaycanda ilk və yeganə təsir əmsalına malik olan "Applied and Computational Mathematics" jurnalına göstərdiyi xüsusi diqqətə görə minnətdarlığını bildirib.
RYTN-in dəstəyi ilə çap olunan "Applied and Computational Mathematics" jurnalı ən yüksək mükafata layiq görülüb
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və dünyanın tanınmış akademik nəşriyyatlarından olan "Thomson Reuters"in birgə təşkilatçılığı ilə Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan "Web of Science" mükafatları - 2016-nın təqdimetmə mərasimi olub. Tədbirdə ilin ən çox istinad olunan elmi jurnal nominasiyasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə çap olunan "Applied and Computational Mathematics" jurnalı yüksək mükafata layiq görülüb. Mükafat jurnalın həm-baş redaktoru akademik Fikrət Əliyevə təqdim edilib.Fondun icraçı direktoru Elçin Babayev tədbirin mahiyyəti haqqında məlumat verib. Bildirib ki, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmin aparıcı platforması olan "Web of Science" bazasının əsasında tərtib olunub. Analiz "Thomson Reuters" və Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.
Mükafatlandırma mərasimindən sonra Azərbaycanda nəşr olunan elmi jurnalların redaktorları üçün "Thomson Reuters" və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssislər tərəfindən "Azərbaycanın elmi jurnalları: beynəlxalq səviyyəyə doğru irəliləyiş" mövzusunda seminar-təlim keçirilib. Seminarda Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında ilk olaraq akademik Fikrət Əliyev böyük məruzə ilə çıxış edib. O, Azərbaycanda elmi jurnalların vəziyyəti ilə bağlı seminar iştirakçılarına məlumat verərək, onların daha da beynəlxalq elm aləminə inteqrasiya olması üçün konkret təkliflər irəli sürüb. Həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və cənab nazir R. Quluzadəyə Azərbaycanda ilk və yeganə təsir əmsalına malik olan "Applied and Computational Mathematics" jurnalına göstərdiyi xüsusi diqqətə görə minnətdarlığını bildirib.
Baxış sayı: 826
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı