12px13px15px17px
Tarix:28/09/11

“Firefox 7” səyyahı çıxıb

“Mozilla” şirkəti yaxın saatlar ərzində rəsmən “Firefox 7” səyyahının çıxışı haqqında elan verməsə də, veb-səyyah artıq şirkətin “FTP” serverində yerləşdirilib.

Artıq, “Windows”, “Linux” və “Mac OS X” əməliyyat sistemləri üçün olan versiyaları yükləmək olar. Yeni quraşdırılmada interfeys köklü surətdə dəyişikliyə məruz qalmayıb.

İstehsalçıların sözlərinə görə, “Firefox 7”-də yaddaşla iş əhəmiyyətli dərəcədə optimallaşdırılıb.

“Mozilla” şirkəti iddia edir ki, “Firefox 7” əvvəlki 3 versiya ilə müqayisədə 20-50% az əməli yaddaş sərf edir. Əgər səyyah gecə passiv rejimdə işləsə, əməli yaddaşdan istifadə əvvəlki versiyalarda olduğu kimi artmayacaq.

Digər dəyişikliklər arasında “CSS3”-ün daha yaxşı dəstəklənməsini, məhsuldarlığın artmasını, səhvlərin düzəlişini və “Telemetry” funksiyasının yaranmasını (istehsalçılara məsafədən proqram nasazlıqları haqqında informasiya almağa imkan yaradır) qeyd etmək olar.



Baxış sayı: 1883

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024