12px13px15px17px
Tarix:16/11/16

“5G” şəbəkələrinə 2022-ci ilədək yarım milyarddan çox qurğu qoşulacaq

“Ericsson” şirkəti  genişzolaqlı mobil internet bazarına həsr edilən hesabat dərc edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, sənədə görə, beşinci nəsil mobil rabitə (5G) şəbəkələrinə qoşulmaların sayı tezliklə 550 milyardı ötəcək, lider region isə bütün “5G” qoşulmalarında payı 25 faiz təşkil edən Şimali Amerika olacaq. İkinci yerdə ümumdünya həcmində payı təxminən 10 faizə bərabər olacaq Asiya-Sakit okean regionu qərarlaşacaq. Qərbi Avropanın “5G” şəbəkəsindən istifadədə payı təxminən 5 faizə çatacaq.  

Analitiklərin proqnozlarına görə, Mərkəzi və Şərqi Avropada “LTE” şəbəkələrinə qoşulmaların artım tempi sürətlə gedəcək: 2016-cı ildə “LTE”-nin bütün mobil qoşulmalarda payı 10 faiz olduğu halda 2020-ci ildə bu göstərici 70 faizə çatacaq. Yaxın Şərq və Afrika ölkələrinin 2016-2020-ci illərdə “GSM/EDGE” texnologiyasından “WCDMA/HSPA” və “LTE” texnologiyalarına keçəcəyi və onlara qurğuların təxminən 80 faizinin qoşulacağı gözlənilir.  

İsveç istehsalçısının hesabatında, həmçinin mobil qoşulmaların 2022-ci ilədək sayının 8,9 milyardadək artacağı ilə bağlı proqnoz yer alıb. Bunun 90 faizinin genişzolaqlı mobil internet şəbəkələrinin payına düşəcəyi gözlənilir. Ümumi qiymətləndirməyə görə, həmin vaxtadək unikal abunəçilərin sayı 6,1 milyardlıq göstəriciyə çatacaq. Hazırda ümumdünya miqyasında abunəçilərin sayı 5,1 milyard, qoşulmaların sayı 7,5 milyard təşkil edir. Qoşulmaların sayı abunəçilərin sayını üstələyir, çünki onların bir hissəsi aktiv deyil, bəzi istifadəçilər isə bir neçə qurğu işlədir.

Hesabatda şirkətin əsas fikir və nəticələri:
  • Mobil video trafiki digər trafik növlərini sürətlə üstələməkdə davam edir: 2022-ci ilədək mobil video trafiki 50 faiz artacaq, sosial şəbəkələrin generasiya etdiyi trafik əhəmiyyətinə görə ikinci yeri tutacaq və 6 il ərzində 39 faiz artacaq.
  • Real vaxt rejimində ünsiyyət üçün video əlavələri populyarlaşır: ABŞ-da hər beşinci smartfon sahibi videotranslyasiyalar edir. 
  • “VoLTE” texnologiyası daha geniş yayılır: hazırda dünyanın 50 ölkəsində bu texnologiyanı dəstəkləyən 80-dən çox şəbəkə istifadəyə verilib. 2022-ci ilədək texnologiyaya 3,3 milyard qurğu və ya dünyada bütün “LTE” qoşulmalarının 60 faizi qoşulacaq. 
  • “Əşyalar interneti” (IoT) diqqət mərkəzindədir: 2016-cı ilin sonunadək mobil şəbəkələrə qoşulmuş “IoT” qurğularının sayı 400 milyona yaxın olacaq, 2022-ci ilədək isə 1,5 milyarda çatacaq.
 
Nizam Nuriyev 




Baxış sayı: 832

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024