Tarix:18/11/16
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, şirkətin proqnozuna görə, 2022-ci ilin sonuna dünyada 6.8 milyard smartfon istifadəçisi qeydə alınacaq. Xatırladaq ki, 2016-cı ildə bu göstərici 3.9 milyard təşkil edəcək.
Cari ilin iyununda İsveç şirkətinin əvvəlki qiymətləndirməsinə əsasən, 2021-ci ilin sonunda smartfon istifadəçilərinin sayı 6.3 milyard səviyyəsində gözlənilirdi.
"Ericsson" şirkətinin strategiya və texnologiyalar üzrə direktoru və baş vitse-prezidenti Ulf Evaldsson izah edib ki, proqnoz əsasən beşinci nəsil mobil rabitə xidmətinin gözlənilən populyarlığı səbəbindən dəyişdirilib. 2022-ci ildə dünyada 550 milyon "5G" istifadəçisinin qeydə alınacağı bildirilir.
İlk "5G" rabitə şəbəkəsi artıq 2017-ci ilin sonunda istismara veriləcək. "Ericsson" şirkətinin rəsmiləri hesab edirlər ki, 2018-ci ildə operatorlar onun "5G" avadanlığını satın alacaqlar.
Smartfonların geniş yayılması mobil trafikin həcminin artımına imkan yaradır, videoməzmuna baxış sonuncunun böyük hissəsini təşkil edir.
Emil Hüseynov
2022-ci ilin sonuna dünyada 6.8 milyard smartfon istifadəçisi qeydə alınacaq
Dünyanın aparıcı telekommunikasiya avadanlığı istehsalçılarından biri "Ericsson" şirkətinin proqnozuna əsasən, 2022-ci ilə smartfon sahibləri ilə operatorlar arasında bağlanmış abunə xidməti müqavilələrinin sayı 2 dəfə artacaq ki, bu da mobil trafikin həcminin 8 dəfə artmasına səbəb olacaq."ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, şirkətin proqnozuna görə, 2022-ci ilin sonuna dünyada 6.8 milyard smartfon istifadəçisi qeydə alınacaq. Xatırladaq ki, 2016-cı ildə bu göstərici 3.9 milyard təşkil edəcək.
Cari ilin iyununda İsveç şirkətinin əvvəlki qiymətləndirməsinə əsasən, 2021-ci ilin sonunda smartfon istifadəçilərinin sayı 6.3 milyard səviyyəsində gözlənilirdi.
"Ericsson" şirkətinin strategiya və texnologiyalar üzrə direktoru və baş vitse-prezidenti Ulf Evaldsson izah edib ki, proqnoz əsasən beşinci nəsil mobil rabitə xidmətinin gözlənilən populyarlığı səbəbindən dəyişdirilib. 2022-ci ildə dünyada 550 milyon "5G" istifadəçisinin qeydə alınacağı bildirilir.
İlk "5G" rabitə şəbəkəsi artıq 2017-ci ilin sonunda istismara veriləcək. "Ericsson" şirkətinin rəsmiləri hesab edirlər ki, 2018-ci ildə operatorlar onun "5G" avadanlığını satın alacaqlar.
Smartfonların geniş yayılması mobil trafikin həcminin artımına imkan yaradır, videoməzmuna baxış sonuncunun böyük hissəsini təşkil edir.
Emil Hüseynov
Baxış sayı: 639
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır