Tarix:23/11/16
9-14 noyabr 2016-cı il tarixlərində baş tutan simpoziumda MNTM-in sədri, akademik Adil Qəribov “Bərk cisimlərdə radiasion defektlər və onların effektiv istifadə yolları” mövzusunda plenar çıxışla iştirak edib. Akademikin çıxışında qaldırdığı fundamental və atom-hidrogen energetikası, su ilə soyudulan nüvə reaktorlarının təhlükəsizliyi, materialşünaslıq sahəsində praktiki aspektlər üzrə məsələlər və alınan nəticələr böyük maraq kəsb edib.
Özbəkistan Milli Universitetinin rektoru və simpoziumun Təşkilat Komitəsinin sədri professor A.R.Marahimov elmi əməkdaşlıq üzrə müqavilə bağlamaq təklifi ilə çıxış edib və artıq müqavilənin ilkin variantı hazırlanıb. Simpoziumun gedişində 13-dən çox plenar və 30-a yaxın seksion məruzə dinlənilib. Yaponiya, Koreya, Kanada, Rusiya, Ukrayna, Hindistan, Çin alimləri ilə birgə maraq kəsb edən elmi sahələrdə müzakirələr aparılıb, əlaqələrin qurulması və davam etdirilməsi qərarına gəlinib.
Qeyd edək ki, simpozium elmi nəticələrin aprobasiyası, dünya elminə inteqrasiya, yeni istiqamətlər və nəticələrlə tanışlıq, elmi əməkdaşlığın genişləndirilməsi və gələcək elmi-texniki fəaliyyətimizin təşkilində böyük əhəmiyyət kəsb edir.
“Milli Nüvə Tədqiqatları Mərkəzi” Özbəkistanda keçirilən beynəlxalq simpoziumda təmsil olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” (MNTM) Qapalı Səhmdar Cəmiyyəti Özbəkistan Milli Universitetində keçirilən “Fundamental və tətbiqi fizikanın yeni inkişaf istiqamətləri: problemlər, nailiyyətlər və perspektivlər” adlı beynəlxalq simpoziumda təmsil olunub.9-14 noyabr 2016-cı il tarixlərində baş tutan simpoziumda MNTM-in sədri, akademik Adil Qəribov “Bərk cisimlərdə radiasion defektlər və onların effektiv istifadə yolları” mövzusunda plenar çıxışla iştirak edib. Akademikin çıxışında qaldırdığı fundamental və atom-hidrogen energetikası, su ilə soyudulan nüvə reaktorlarının təhlükəsizliyi, materialşünaslıq sahəsində praktiki aspektlər üzrə məsələlər və alınan nəticələr böyük maraq kəsb edib.
Özbəkistan Milli Universitetinin rektoru və simpoziumun Təşkilat Komitəsinin sədri professor A.R.Marahimov elmi əməkdaşlıq üzrə müqavilə bağlamaq təklifi ilə çıxış edib və artıq müqavilənin ilkin variantı hazırlanıb. Simpoziumun gedişində 13-dən çox plenar və 30-a yaxın seksion məruzə dinlənilib. Yaponiya, Koreya, Kanada, Rusiya, Ukrayna, Hindistan, Çin alimləri ilə birgə maraq kəsb edən elmi sahələrdə müzakirələr aparılıb, əlaqələrin qurulması və davam etdirilməsi qərarına gəlinib.
Qeyd edək ki, simpozium elmi nəticələrin aprobasiyası, dünya elminə inteqrasiya, yeni istiqamətlər və nəticələrlə tanışlıq, elmi əməkdaşlığın genişləndirilməsi və gələcək elmi-texniki fəaliyyətimizin təşkilində böyük əhəmiyyət kəsb edir.
Baxış sayı: 673
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı