12px13px15px17px
Tarix:23/11/16

2016-cı ilin sonuna planet əhalisinin 50%-i internetə çıxışa malik olacaq

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatına əsasən,  2016-cı ilin sonuna planet əhalisinin 50%-i internetə çıxış imkanına malik olacaq.

Ekspertlərin hesablamalarına görə, inkişaf etmiş ölkələrdə sakinlərin təxminən 80%-i, inkişaf etməkdə olan ölkələrdə 40%-i, az inkişaf etmiş ölkələrdə isə 15%-dən az hissəsi internetdən istifadə edirlər.
"ICTnews" Elektron Xəbər Xidməti "gazeta.ru" saytına istinadən yazır ki, dünyada internetdən istifadə edənlərin sayı 47% təşkil edir, 2020-ci ilə bu göstərici 60%-ə yaxınlaşacaq. BTİ-nin proqnozuna görə, 2016-cı ilin sonuna 3.5 milyard nəfər internetə çıxışa malik olacaq.

"2016-cı ildə insanlar internetə daxil olmur, çünki onlar daima internetdədirlər. "3G" və "4G" şəbəkələrinin geniş yayılması daha çox insanın internetdən istifadəsinə imkan yaradıb" – hesabatda deyilir.

Bundan əvvəl bildirilmişdi ki, "Facebook" sosial şəbəkəsinin qurucusu Mark Zukerberq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində çıxışı zamanı dünya liderlərini internetin yayılmasına kömək etməyə səsləyib.

Emil Hüseynov




Baxış sayı: 912

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024