Tarix:23/11/16
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) saytında dərc edilmiş "İnformasiya Cəmiyyətinin ölçülməsi 2016" adlı hesabata əsasən, Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişaf indeksinə (IDI) görə dünyada 58-ci yeri tutub (ötən ilki hesabatda ölkəmiz 67-ci yerdə qərarlaşmışdı).
Azərbaycan bu göstərici üzrə MDB regionunda Moldova (68-ci yer), Ermənistan (71-ci yer), Gürcüstan (72-ci yer), Ukrayna (76-cı yer), Özbəkistan (110-cu yer), və Qırğızıstanı (113-cü yer) geridə qoyaraq Belarus (31-ci yer), Rusiya (43-cü yer) və Qazaxıstandan (52-ci yer) sonra dördüncü yerdə qərarlaşıb.
BTİ-nin qiymətləndirməsinə görə, 2016-cı ildə Azərbaycanın IDI-si ötən illə müqayisədə (6.23) artaraq 6.28 təşkil edib.
2016-cı ildə giriş subindeksi 6.78 (63-cü yer) və istifadə subindeksi 5.70 (50-ci yer) təşkil edib.
Hesabatda 2015-ci ildə stasionar və mobil genişzolaqlı rabitə xidmətləri üzrə qiymət səbəti qeyd olunub. BTİ-nin qiymətləndirməsinə görə, 2015-ci ilin nəticəsinə əsasən, Azərbaycanda stasionar genişzolaqlı rabitə sahəsində xidmətlərin qiymət səbəti ÜDM-nin 1.54 faizini, mobil genişzolaqlı rabitə üzrə “Prepaid” və “Postpaid” istifadəçi kateqoriyasından asılı olaraq 0.62 və 1.08 faiz təşkil edib.
BTİ-nin məlumatına görə, 2015-ci ildə Azərbaycanda stasionar telefon bağlantısının nüfuzetmə səviyyəsi 18.7 faiz (2014-cü ilin göstəricisindən 1.06 faiz aşağıdır) təşkil edib, mobil bağlantıda bu göstərici 111.3 faiz olub ki, bu da 2014-cü ilin göstəricisindən 0.36 faiz yüksəkdir.
Ölkədə 62.4 faiz ev təsərrüfatı kompüterdən istifadə edir və ev istifadəçiləri arasında internetin nüfuzetmə səviyyəsi 76.7 faiz təşkil edir. 2015-ci ildə bu göstəricilər üzrə artım ötən illə müqayisədə müvafiq olaraq 3.48 və 0.65 faiz olub.
Emil Hüseynov
Azərbaycan İKT-nin inkişaf indeksinə görə MDB ölkələri arasında liderlər sırasındadır

Baxış sayı: 968
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır