12px13px15px17px
Tarix:24/11/16

“Bakutel” sərgisi çərçivəsində “Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans keçiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, "Huawei" şirkətinin sponsorluğu ilə 29-30 noyabr tarixlərində "Bakutel-2016" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində "Əşyaların İnterneti. Növbəti nəsil" mövzusunda konfrans keçiriləcək.
 
 
Konfransda "Huawei", "SAP" və "Cisco" kimi qlobal informasiya texnologiyaları şirkətlərinin, eləcə də yüksək texnologiyalar sahəsi üzrə bir sıra beynəlxalq təşkilatların, konsaltinq qurumlarının, mikrosxem/modul/avadanlıq təchizatçılarının və mobil operatorların  nümayəndələri iştirak edəcək.
 
 
Tədbir çərçivəsində "İKT strategiyası və "Əşyaların İnterneti"nə dair Planlar", "Əşyaların İnterneti" Mühiti və Marketinq Təhlili" ilə bağlı yeni biznes imkanları kimi mövzular müzakirə olunacaq.
 
Konfransda, həmçinin mobil operatorlar tərəfindən idarəetmənin təkmilləşdirilməsi, rəqəmsallaşdırma və biznes inkişaf strategiyaları müzakirə olunacaq.
 
 Eyni zamanda, forumda "ağıllı əşya"lar sənayesinin inkişafı üçün açıq və neytral platformanın yaradılması, bu sahədə yaranan problemlər və gələcək inkişaf perspektivləri ilə bağlı məsələlərə xüsusi diqqət yetiriləcək. 




Baxış sayı: 1030

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024