12px13px15px17px
Tarix:28/11/16

“Aztelekom” “Bakutel-2016” sərgisində güzəştli kampaniyalar keçirəcək

Azərbaycan Respublikasının ilk milli rabitə operatoru olan "Aztelekom" MMC "Bakutel-2016" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransına yeni xidmət və kampaniyaları ilə qatılacaq.
 
 
Fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə rabitə, internet, multimedia və digər telekommunikasiya xidmətləri göstərən "Aztelekom" MMC sərgi iştirakçıları arasında müxtəlif güzəştli kampaniyalar keçirəcək.
 
Belə ki, MMC-nin internet xidmətinə yeni qoşulan istifadəçi 1 aylıq xidmət haqqını əvvəlcədən ödəyərsə, telefon servislərindən birinin aylıq abunə haqqından 1 il müddətinə azad olacaq, 3 aylıq xidmət haqqını əvvəlcədən ödəyərsə, 2 qat artıq sürətli internet xidmətindən yararlanacaq.
 
CDMA telefonu əldə etmək istəyən hər bir müştəriyə isə 1 il müddətində abunə haqqından azad edilməsi ilə bağlı kuponlar veriləcək.
 
 
Qeyd edək ki, 22-ci "Bakutel-2016" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı 29 noyabr - 2 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
 
Sərgi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi, "Iteca Caspian" və "Caspian Event Organisers" şirkətlərinin təşkilatçılığı ilə keçirilir.




Baxış sayı: 2285

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024