12px13px15px17px
Tarix:28/09/11

“Apple” şirkəti Şimali Amerikanın planşet bazarında üstün mövqeyə malikdir

2011-ci ilin yazında Şimali Amerika bazarına çıxarılmış planşet kompyuterinin 80%-i “Apple” şirkəti tərəfindən istehsal olunub. “Strategy Analytics” tədqiqat şirkətinin məlumatına əsasən, ABŞ və Kanadaya tədarük olunan 7,5 milyon sensor planşetin 6 milyonu “iPad”-dır.

Digər 1,5 milyon isə “Motorola”, “RİM”, “Samsung” və bəzi digər şirkətlər tərəfindən təqdim edilib. Qurğuların əksəriyyəti isə “Google Android” əməliyyat sistemi ilə işləyir.

Baş analitik Aleks Spektor qeyd edib ki, “Apple”-ın seçilməsi yalnız brendlə deyil, həm də planşetin öz imkanlarının geniş olması ilə izah edilməlidir.



Baxış sayı: 1464

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024