Tarix:28/11/16
Salamlama nitqi ilə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, İKT sahəsində İşçi Qrupunun yaradılması təşəbbüsü Türk Şurasının sonuncu zirvə görüşündə Azərbaycan Respublikası tərəfindən irəli sürülüb və dövlət başçıları tərəfindən dəstəklənib.
Azərbaycanın İKT siyasəti haqda da qonaqları məlumatlandıran nazir müavini davamlı inkişaf sahəsində İKT-nin mühüm yer tutduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, sahənin inkişafı üzrə tənzimləyici mükəmməl qanunvericilik bazası formalaşdırılıb, milli strategiyalar qəbul edilib, dövlət proqramları hazırlanıb, həmçinin ölkəmiz beynəlxalq konvensiyalara qoşulub. İKT sahəsində əməkdaşlıq üçün ciddi potensialın olduğunu da vurğulayan E.Vəlizadə xüsusilə elektron hökumət, yüksək texnologiyalar parkları, peyk xidmətlərinin təşkili və digər istiqamətlər üzrə perspektivlərin mövcudluğunu deyib.
Daha sonra Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndələri ölkələrinin İKT sahəsində əldə etdiyi nailiyyətlər, perspektivlərlə bağlı təqdimatlarla çıxış ediblər.
Təqdimatlardan sonra tərəflər arasında əməkdaşlıq perspektivləri üzrə maraq doğuran məsələlər ətrafında müzakirələrə başlanılıb.
Qeyd edək ki, İKT üzrə İşçi Qrupunun təklifləri sabah keçiriləcək birinci İKT nazirləri toplantısına təqdim ediləcək.
Bakıda Türk Şurasına üzv dövlətlərin İKT üzrə İşçi Qrupunun ilk iclası keçirilir
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin İKT üzrə İşçi Qrupunun ilk iclası keçirilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilatçılığı ilə keçirilən iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Respublikasının səlahiyyətli nümayəndələri iştirak edir. İclasda İKT-nin inkişafına yönələn çoxtərəfli əməkdaşlıq mexanizmləri və yeni imkanların araşdırılması, regional inkişafı dəstəkləyən təşəbbüs və təkliflər müzakirə olunur.Salamlama nitqi ilə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, İKT sahəsində İşçi Qrupunun yaradılması təşəbbüsü Türk Şurasının sonuncu zirvə görüşündə Azərbaycan Respublikası tərəfindən irəli sürülüb və dövlət başçıları tərəfindən dəstəklənib.
Azərbaycanın İKT siyasəti haqda da qonaqları məlumatlandıran nazir müavini davamlı inkişaf sahəsində İKT-nin mühüm yer tutduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, sahənin inkişafı üzrə tənzimləyici mükəmməl qanunvericilik bazası formalaşdırılıb, milli strategiyalar qəbul edilib, dövlət proqramları hazırlanıb, həmçinin ölkəmiz beynəlxalq konvensiyalara qoşulub. İKT sahəsində əməkdaşlıq üçün ciddi potensialın olduğunu da vurğulayan E.Vəlizadə xüsusilə elektron hökumət, yüksək texnologiyalar parkları, peyk xidmətlərinin təşkili və digər istiqamətlər üzrə perspektivlərin mövcudluğunu deyib.
Daha sonra Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndələri ölkələrinin İKT sahəsində əldə etdiyi nailiyyətlər, perspektivlərlə bağlı təqdimatlarla çıxış ediblər.
Təqdimatlardan sonra tərəflər arasında əməkdaşlıq perspektivləri üzrə maraq doğuran məsələlər ətrafında müzakirələrə başlanılıb.
Qeyd edək ki, İKT üzrə İşçi Qrupunun təklifləri sabah keçiriləcək birinci İKT nazirləri toplantısına təqdim ediləcək.
Baxış sayı: 819
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır