Tarix:29/11/16
Hörmətli iştirakçılar!
Regional Rabitə Birliyinin İcraiyyə Komitəsi adından Sizi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı məsələlərinə həsr edilən mühüm və aktual tədbirdə salamlayıram.
Bu gün İKT-nin inkişaf səviyyəsi və hər yerdə tətbiqi ölkələrin iqtisadi rəqabət qabliliyyətinin artırılmasında həlledici rol oynayır, dövlət idarəçiliyinin effektivliyinə xidmət edir, dövlət, ölkə və biznes arasında əlaqələrin genişlənməsinə şərait yaradır.
Genişzolaqlı internet, dördüncü nəsil mobil rabitə xidmətlərinin tətbiqi, rəqəmli televiziyaya keçid Azərbaycan Respublikasına qlobal informasiya infrastrukturunda öz layiqli yerini tutmağa imkan verir.
İKT sahəsi Azərbaycan iqtisadiyyatının ən perspektivli və dinamik inkişaf edən sahələrindən biridir. İqtisadiyyatın bu sektoru ölkə rəhbərliyinin dəstəyi sayəsində prioritetlərdən biri kimi müəyyənləşdirilib.
“Bakutel” ildən-ilə mövqeyini möhkəmləndirir və uzun müddətdir Azərbaycan Respublikasının telekommunikasiya bazarının aparıcı hadisəsi və ayrılmaz hissəsinə çevrilib.
Telekommunikasiya və informasiya texnologiyaları sektorunun bütün nailiyyətlərinin nümayiş etdirilməsi üçün platforma rolunu oynayan sərgidə mütərəqqi ideya və layihələr təqdim edilir, müxtəlif mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılır. Yeni biznes münasibətləri qurulması baxımdan sərgi-konfrans bir çox ölkələrin mütəxəssis, ekspert və sahə peşəkarları üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası rabitə administrasiyasının Regional Rabitə Birliyinin bütün fəaliyyət istiqamətlərində aktiv iştirakı təşkilatımızın fəaliyyətinə əhəmiyyətli töhfə verir ki, bu da birlik iştirakçılarının beynəlxalq forumlarda birgə təşəbbüslərinin dəstəklənməsini təmin edir, eləcə də İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin məqsədlərinə nail olmağa kömək edir.
“Bakutel 2016” zamanı keçiriləcək vacib tədbirlərdən biri rabitə nazirləri müavinlərinin informasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupunun növbəti iclası çərçivəsində baş tutacaq görüşüdür.
Əminəm ki, informasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupunun iclası ölkələrimizin informasiya cəmiyyətinin gələcək inkişafı üzrə mövqelərinin formalaşmasına xidmət edəcək, İKT-nin həm Azərbaycan Respublikasında, həm də ümumilikdə regionun inkişafına yeni impuls verəcək.
Azərbaycan Respublikası rabitə administrasiyasına ölkələrin inkişafına yönələn informasiya cəmiyyətinin yaradılması istiqamətində göstərdiyi səylərə görə təşəkkürümü bildirirəm.
Sərgi iştirakçılarına uğurlu və səmərəli iş arzulayıram!
Nurudin Muhitdinov: İKT sahəsi Azərbaycan iqtisadiyyatının ən perspektivli və dinamik inkişaf edən sahələrindən biridir
Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin baş direktoru Nurudin Muhitdinovun “Bakutel 2016” sərgi-konfransının iştirakçılarına təbrikiHörmətli iştirakçılar!
Regional Rabitə Birliyinin İcraiyyə Komitəsi adından Sizi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı məsələlərinə həsr edilən mühüm və aktual tədbirdə salamlayıram.
Bu gün İKT-nin inkişaf səviyyəsi və hər yerdə tətbiqi ölkələrin iqtisadi rəqabət qabliliyyətinin artırılmasında həlledici rol oynayır, dövlət idarəçiliyinin effektivliyinə xidmət edir, dövlət, ölkə və biznes arasında əlaqələrin genişlənməsinə şərait yaradır.
Genişzolaqlı internet, dördüncü nəsil mobil rabitə xidmətlərinin tətbiqi, rəqəmli televiziyaya keçid Azərbaycan Respublikasına qlobal informasiya infrastrukturunda öz layiqli yerini tutmağa imkan verir.
İKT sahəsi Azərbaycan iqtisadiyyatının ən perspektivli və dinamik inkişaf edən sahələrindən biridir. İqtisadiyyatın bu sektoru ölkə rəhbərliyinin dəstəyi sayəsində prioritetlərdən biri kimi müəyyənləşdirilib.
“Bakutel” ildən-ilə mövqeyini möhkəmləndirir və uzun müddətdir Azərbaycan Respublikasının telekommunikasiya bazarının aparıcı hadisəsi və ayrılmaz hissəsinə çevrilib.
Telekommunikasiya və informasiya texnologiyaları sektorunun bütün nailiyyətlərinin nümayiş etdirilməsi üçün platforma rolunu oynayan sərgidə mütərəqqi ideya və layihələr təqdim edilir, müxtəlif mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılır. Yeni biznes münasibətləri qurulması baxımdan sərgi-konfrans bir çox ölkələrin mütəxəssis, ekspert və sahə peşəkarları üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası rabitə administrasiyasının Regional Rabitə Birliyinin bütün fəaliyyət istiqamətlərində aktiv iştirakı təşkilatımızın fəaliyyətinə əhəmiyyətli töhfə verir ki, bu da birlik iştirakçılarının beynəlxalq forumlarda birgə təşəbbüslərinin dəstəklənməsini təmin edir, eləcə də İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin məqsədlərinə nail olmağa kömək edir.
“Bakutel 2016” zamanı keçiriləcək vacib tədbirlərdən biri rabitə nazirləri müavinlərinin informasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupunun növbəti iclası çərçivəsində baş tutacaq görüşüdür.
Əminəm ki, informasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupunun iclası ölkələrimizin informasiya cəmiyyətinin gələcək inkişafı üzrə mövqelərinin formalaşmasına xidmət edəcək, İKT-nin həm Azərbaycan Respublikasında, həm də ümumilikdə regionun inkişafına yeni impuls verəcək.
Azərbaycan Respublikası rabitə administrasiyasına ölkələrin inkişafına yönələn informasiya cəmiyyətinin yaradılması istiqamətində göstərdiyi səylərə görə təşəkkürümü bildirirəm.
Sərgi iştirakçılarına uğurlu və səmərəli iş arzulayıram!
Baxış sayı: 664
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır