12px13px15px17px
Tarix:28/09/11

Ağdamın kəndlərində yeni elektron ATS-lər qurulub

Ağdam TKQ-nın rəisi Hümbət Mustafayev Quzanlıda yeni “Rabitə evi”nin tikintisi üçün layihənin hazır olduğunu bildirib. “Tender keçirilib, yaxın vaxtlarda binanın tikintisinə başlanılacaq”.

Hümbət Mustafayev bildirib ki, “Aztelekom” İB tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Bənövşələr kəndində 128, Çəmənli kəndində 160, Rzalı kəndində 128, Mahrızlı kəndində 208 , Yeni yaşayış qəsəbəsində 112, Üç oğlan kəndində 128 və Əfətli kəndində 208 nömrə tutumlu yeni elektron ATS-lər tikilib.

“Kəndlərdə sakinlərin yüksək keyfiyyətli telefon rabitəsi ilə təmin olunması ilə yanaşı, onların internet və digər multimedia xidmətlərindən yetərincə istifadə etməsi üçün Qaradağlı-Razalar-Mahrızılı-Çəmənli istiqamətində 6 kilometr, Bənövşələr-Xındırıstan istiqamətində 3 kilometr, Üç oğlan-Xındırıstan istiqamətində 4,5 kilometr optik kabel çəkilib”.

TKQ rəisi hazırda Əfətli kəndində 30 ailənin evinin telefonlaşdırıldığını, kənddəki EATS-dən İsalar, Hacı Turalı, Qəhrəmanbəyli, Hacıməmmədli kəndlərinə də telefon çəkiləcəyini bildirib.

Bu məqsədlə xətt təsərrüfatının tikintisi işləri həyata keçirilir. “Bundan başqa Çəmənli kənd EATS-dən Sarıcalar və Şükürlü, Mahrızlı kənd EATS-dən Zəngişalı, Üç oğlan kənd EATS-dən Kiçikli, Alıbəyli və Səfərli kəndlərinin telefonlaşdırılması nəzərdə tutulub.

İndiyədək rayonda Qaradağlı, Xındırıstan, Dördyol 1 kəndlərində və Quzanlı qəsəbəsində sakinlərin mənzillərində telefon rabitəsi olub.

Həyata keçirilən tədbirlər nəticəsində Qaradağlı kəndində olan 256 nömrə tutumlu EATS-in tutumu 304 nömrəyə çatdırılıb. Quzanlı sakinlərinin genişzolaqlı internet xidmətlərindən yetərincə istifadə etməsi üçün EATS-də ADSL portlarının sayı 16-dan 64-ə çatdırılıb”- deyə TKQ rəisi qeyd edib.

Qeyd edək ki, rayonda telekommunikasiya və internet xidmətləri ilə yanaşı, poçt xidmətlərinin, radio-TV yayımının keyfiyyətinin və əhatəsinin artırılması üçün tədbirlər planı hazırlanaraq icrası həyata keçirilir.



Baxış sayı: 1675

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024