Tarix:02/12/16
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, mütəxəssislər biznes üçün "ağıllı" xərc və enerjinin hesablanması, tikintidə təhlükəsizlik, infrastruktur, sənaye kontrolu və avtomatlaşdırma, pərakəndə satış nöqtələri, aktivlərin izlənilməsi, tibbi layihələr kimi sahələr daxil olmaqla yeni imkanların geniş spektrini əhatə etməsini əsas üstünlüklərə aid edirlər.
Emil Hüseynov
“LTE-M” texnologiyası ilk dəfə Avropada sınaqdan keçirilib
Hollandiyanın "KPN" telekommunikasiya şirkəti Avropada ilk dəfə "LTE-M" adlı "Əşyalar interneti" texnologiyasını sınaqdan keçirib. "Qualcomm Technologies" və "Ericsson" şirkətlərinin istehsalçıları layihəyə kömək ediblər. Sınaqlar çərçivəsində "Qualcomm" şirkətinin test qurğuları və "Ericsson" şirkətinin infrastruktur avadanlığından istifadə edilib. İstehsalçıların məlumatına görə, "MDM9206" modeminin köməyi ilə məlumatların aşağı sürətlə ötürülməsi üçün iqtisadi cəhətdən səmərəli "Əşyalar interneti" texnologiyasının yaradılması mümkündür. "MDM9206" modemi "Əşyalar interneti" texnologiyası üçün yeni nəsil kommersiya "LTE" qurğularının imkanlarını dəstəkləmək üçün xüsusi hazırlanıb. Bu qurğular yüksək ötürmə qabiliyyəti tələb etmədən aşağı enerji sərfiyyatına və daha geniş əhatə dairəsinə malik olacaq."ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, mütəxəssislər biznes üçün "ağıllı" xərc və enerjinin hesablanması, tikintidə təhlükəsizlik, infrastruktur, sənaye kontrolu və avtomatlaşdırma, pərakəndə satış nöqtələri, aktivlərin izlənilməsi, tibbi layihələr kimi sahələr daxil olmaqla yeni imkanların geniş spektrini əhatə etməsini əsas üstünlüklərə aid edirlər.
Emil Hüseynov
Baxış sayı: 1047
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib