12px13px15px17px
Tarix:06/12/16

Nəhəng İT şirkətləri ekstremist məzmunun müəyyənləşdirilməsi üçün alqoritm yaradır

“Facebook”, “Microsoft”, “Twitter” və “YouTube” şirkətlərinin bəyanatına əsasən, yeni yaradılacaq məlumat bazası ekstremist məzmunlu video və şəkilləri ayırd edərək onları bloklamağa imkan verəcək.

"Bizim istehlak xidmətlərimizdə terrorizmi təbliğ edən məzmuna yer yoxdur. Bizə xəbərdarlıq edildikdə hər bir şirkətin siyasətinə uyğun olaraq belə məzmuna qarşı operativ tədbirlər tətbiq edirik" –  bəyanatda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “interfax.ru” saytına istinadən yazır ki, terrorçuların insanları cəlb etmək cəhdləri ilə bağlı istənilən şəkil və videoların unikal rəqəmli "identifikatorlar"ından (“hashes”) ibarət ümumi məlumat bazasını yaratmaq planlaşdırılır. "Biz belə informasiyanı bir-birimizlə paylaşaraq öz istehlak xidmətlərimizdə yerləşdirilmiş terrorçularla bağlı potensial məzmunu müəyyənləşdirmək üçün ümumi "hashes"dən istifadə edə bilərik” – məlumatda qeyd olunur.

Bəyanata əsasən, internet şirkətləri öz serverlərindən sildikləri ən radikal təsvir və videoları mübadilə etməyə başlayacaq.

Hər bir şirkət ümumi məlumat bazasına daxil ediləcək təsvir və videoları müstəqil müəyyənləşdirəcək, məzmun avtomatik silinməyəcək.

"İstifadəçilərin fərdi informasiyası ötürülməyəcək, hər bir şirkət  ekstremist məzmunlu videoların müəyyənləşdirilməsi üçün öz şəxsi strategiyasını tətbiq edəcək" – bəyanatda deyilir.

Emil Hüseynov




Baxış sayı: 1112

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024