12px13px15px17px
Tarix:12/12/16

2017-ci ilin 10 mobil trendi

2016-cı ildə smartfonların satış həcmi xeyli azalıb. Cari ildə bu göstəricinin ötən illə müqayisədə (14.4%) 7% təşkil edəcəyi gözlənilir. Bu onu göstərir ki, mobil qurğular bazarı yüksək inkişaf mərhələsinə çatıb və istehsalçılar yeniliklər etməlidirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni dizayna malik smartfonlar təqdim ediləcək, virtual reallıq texnologiyası ucuz qurğular üçün əlçatan olacaq, simsiz interfeyslərin sürəti, yaddaş tutumu artacaq və digər yeniliklər gözlənilir.
 
Yeni dizayn
Artıq 10 ildir smartfonların görünüşü dəyişməz olaraq qalır. Amma cari ildə “Moto Z” və “LG G5” cihazlarının modulyar dizaynı istifadəçiləri heyrətləndirə bilib. 2017-ci ildə “Samsung” şirkəti qatlanan ekrana malik smartfon çıxaracaq. 5 düymlük ekranla təchiz edilmiş aparat 8 düymlük planşetə çevriləcək. Bundan başqa, Cənubi Koreya şirkəti artıq “SID 2016” sərgisində rulon kimi burulan “OLED” ekran prototipini nümayiş etdirib.


 
Məhsuldar çipsetlər
Gələn il mobil prosessorlarda 10 nanometrlik texnologiya tətbiq ediləcək. “Qualcomm” şirkəti ilə “Samsung”un əməkdaşlığı çərçivəsində hazırlanmış “Snapdragon 835” prosessoru qabaqcıl modellərə qurulacaq. Yeni “Cortex-A73” nüvəsi “Cortex-A72” ilə müqayisədə 30% daha məhsuldar olacaq və bir o qədər enerji səmərəliliyi artacaq.
 
Virtual reallıq
Məhsuldarlıq xüsusən virtual reallıq proqramları üçün lazımdır. “Google” şirkəti plastik və parçadan hazırlanmış “View” adlı şlem istifadəyə verib və mobil qurğular üçün qabaqcıl “Daydream” adlı virtual reallıq mühərriki istifadəyə verib. Gələn il bir çox qurğular yeni virtual mühərriki dəstəkləyəcək. Hələ ki yalnız “Pixel” və “Pixel XL” smartfonlarının sahibi virtual reallığa yüklənə bilirlər.
 
Sürətli LTE
Məlumatların ötürülməsi şəbəkələrində sürət 1 Qbit/s-yə çatacaq. Bu, internetə ənənəvi kabel qoşulmasının sürətini ötür. “LTE Category 16” standartını dəstəkləyən ilk qurğu “Netgear Mobile Router MR1100” olub.
 
 
 
“USB Type-C”
“USB Type-C” konnektoru “Android” sistemi ilə işləyən yeni qurğularda “micro-USB 2.0” konnektoru tamamilə əvəz edəcək. Bu, enerjidoldurmadan əlavə mobil qurğunu monitor, qulaqcıq və kənar daşıyıcılara qoşmağa imkan verən interfeysdir.
 
Sürətli enerjidoldurma
Yeni “USB Type-C” standartı, həmçinin smartfonları enerji ilə sürətli doldurur. Bundan başqa, “Qualcomm Quick Charge 4.0” texnologiyasını dəstəkləyən qurğular əlçatan olacaq. Sözügedən texnologiya 5 dəqiqəlik şarj nəticəsində qurğuların 5 saatlıq avtonom işini təmin edəcək.
 
Simsiz səs
Nəhayət ki ayağa dolaşan qulaqcıq kabellərindən xilas olacağıq. İlk olaraq “Apple” şirkəti yeni “iPhone” smartfonunda .5 mm-lik audio konnektorundan imtina edib.
 
“Bluetooth 5”
“Bluetooth” texnologiyasının 5-ci versiyasında məsafə, sürət və təhlükəsizlik məsələləri daha da təkmilləşdirilib. Yeni spesifikasiyada tezliklər diapazonu 4 dəfə, sürət isə 2 dəfə artırılıb ki, bu da smartfona "əşyalar interneti"nin müxtəlif datçiklərindən informasiya toplamağa imkan verir.
 
 
Artırılmış yaddaş tutumu
Çox güman ki gələn il çıxarılacaq terabaytlıq “SSD”  diskləri smartfon və planşetlərdə istifadə etmək mümkün olacaq. İndi daxili yaddaşın maksimum tutumu 256 QB-dır. Amma cari ildə “SanDisk” şirkəti 1 TB-lıq “SD” kart prototipini nümayiş etdirib. “Samsung” şirkəti isə eyni tutuma malik “SSD” daşıyıcı hazırlayıb.
 
İkili kameralar
İki kameralı modullar artıq bəzi istehsalçıların qabaqcıl modellərində tətbiq olunur. 2017-ci ildə “Sony” şirkəti də onlara qoşulacaq. Belə həll mobil çəkilişin keyfiyyətini xeyli yaxşılaşdıracaq.

Emil Hüseynov




Baxış sayı: 728

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024