12px13px15px17px
Tarix:15/12/16

"Elektron hökumət" portalına inteqrasiya edilən elektron arayışların sayı artdı

"Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə səyləri nəticəsində daha 3 elektron arayış portal üzərindən vətəndaşların istifadəsinə verildi. Belə ki, artıq istifadəçilər Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri, Vətəndaşın hərbi qeydiyyatda olması, vətəndaşın hərbi xidmət keçməsi barədə arayışları elektron şəkildə əldə edə bilərlər.

Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri haqqında elektron arayış - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təqdim etdiyi bu arayışı portaldan elektron imza sertifikatı ilə (www.e-gov.az) qeydiyyatdan keçərək əldə etmək mümkündür. Vətəndaş portalda qeydiyyatdan keçərək bu elektron xidmətə daxil olduqda avtomatik olaraq formalaşan elektron arayışda aşağıdakı məlumatlar öz əksini tapır:

- Vətəndaşın soyadı, adı və ata adı
- Nəqliyyat vasitəsinin qeydiyyat nişanı, qeydiyyat tarixi
- Markası, buraxılış ili, rəngi
- Mühərrikin nömrəsi, həcmi,
- Ban nömrəsi

Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqdim etdiyi bu arayışda vətəndaşın şəxsi məlumatları ilə yanaşı, hərbi qeydiyyat tarixi, hərbi qeydiyyatda olduğu idarə və hərbi rütbəsi barədə məlumat öz əksini tapır. Qurumun təqdim etdiyi digər "Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış" adlı elektron arayışda isə vətəndaşın hərbi qeydiyyat tarixi, hərbi qeydiyyatda olduğu idarə, hərbi rütbəsi ilə yanaşı hərbi xidmət keçmə haqqında məlumatı da əks olunur.

Qeyd edək ki, elektron imza ilə portaldan qeydiyyatdan keçən vətəndaş haqqında tələb olunan informasiyalar avtomatik olaraq arayışda qeyd edilir. Portal üzərindən əldə edilən elektron arayışların elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.






Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024