12px13px15px17px
Tarix:23/12/16

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Milli Net 2016” qaliblərinin təqdimat mərasimi keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və "Delta Telecom" şirkətinin dəstəyi ilə "Milli İnternet Mükafatı - Milli Net 2016" qaliblərinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində artıq 8-cı il keçirilən "Milli Net 2016" müsabiqəsinin cari il üçün qalibləri elan olunub.
 
"Milli Net" Təşkilat Komitəsi adından çıxış edən Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz "Milli İnternet Mükafatı" və müsabiqə çərçivəsində görülmüş işlər haqda məlumat verib. Qeyd edilib ki, "Milli Net 2016"-da  11 nominasiya üzrə 303 internet resurs təqdim olunub ki, onlardan yalnız 238 sayt yarışmaya buraxılıb. Eyni zamanda, AİF tərəfindən 3 istiqamət üzrə formalaşdırılan Münsiflər Heyətinin və 5 nəfərdən ibarət mobil tətbiqlər üzrə münsiflərin 2-ci səsvermə prosesində 74 nominant arasından ən yaxşıları seçilib.
 
AİF prezidenti müsabiqəyə dəstək verən Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi, "Delta Telecom", "BestComp" , "Lenovo" və "Aromaniaya" şirkətlərinə minnətdarlığını bildirib.
 
Mərasimdə çıxış edən RYTN rəsmisi Tahir Məmmədov Azərbaycan internetinin inkişafında "Milli Net" yarışının önəmli rol oynadığını, internetin inkişafı ilə bağlı atılan addımların nazirlik tərəfindən hər zaman dəstəkləndiyini diqqətə çatdırıb. O, yaxın zamanlarda İKT-nin inkişafı istiqamətində RYTN tərəfindən daha ciddi addımların atılacağını da qeyd edib.
 
"Delta Telecom" şirkətinin texniki direktoru Atəş Rzayev çıxışında "Milli Net" müsabiqəsinin ölkədə internetin,  bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.
 
Çıxışlardan sonra 11 nominasiya üzrə qaliblər mükafatlandırılıb. "Korporativ saytlar" nominasiyası üzrə http://coworking.az; "İctimai-sosial saytlar" nominasiyası üzrə http://www.ireli.az; "Media və İnformasiya" nominasiyası üzrə http://www.fins.az; "Mədəniyyət, incəsənət və turizm saytları" nominasiyası üzrə http://www.medeniyyet.info; "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə http://www.asanmektub.az; "Bloqlar" nominasiyası üzrə http://saturdaymenu.com; "Elm və təhsil" nominasiyası üzrə http://asanschool.az; "Elektron hökumət" nominasiyası üzrə http://dxr.az/; "Xidmət (Servis) - eTicarət" nominasiyası üzrə http://maxi.az; "Mobil tətbiqlər" nominasiyası üzrə KVOTTER; "Ən yaxşı sosial şəbəkə səhifəsi" nominasiyası üzrə https://www.facebook.com/avtostop.tv/ qalib olub.
 
Qaliblərə və fərqlənənlərə "Lenovo",  "BestCom" və "Aromaniaya" şirkətlərinin hədiyyələri təqdim olunub. 






Baxış sayı: 1420

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Oktyabr 2017

20/10/17
İKT sənayesində sürətli artım gözlənilir

“International Data Corporation” (IDC) analitik şirkəti dünya informasiya-kommunikasiya texnologiyaları 

20/10/17
“5G” şəbəkələri üçün marşrutlayıcının uğurlu sınaqları keçirilib

“Huawei” şirkəti “Slicing” (servis təbəqələrinə bölünmə) və “50GE Flexible Ethernet” (FlexE) texnologiya

20/10/17
Almaniyada robot poçtalyonlar bağlamaları çatdıracaqlar

Bad-Hersfeld şəhərinin meri eksperimental infrastruktur layihəsinin reallaşdırılmasına yaşıl işıq yandırıb. 

20/10/17
İlk üzən elektrostansiya istifadəyə verilib (VİDEO)

Norveçin “Statoil” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri Şotlandiyanın Aberdinşir vilayəti sahilində

20/10/17
“Microsoft” şirkəti ikinci nəsil “Surface Book” hibrid planşetlərini təqdim edib

“Microsoft” şirkətinin nümayəndələri iddia edirlər ki, “Surface Book” hibrid planşetlərinin ikinci nəsli 

19 10 2017

19/10/17
Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar keçirilir

Oktyabrın 19-da Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar başlayıb.

19/10/17
“Android”lər insanların iş tərəfdaşı olacaq

Yaponiyanın “Hiroshi Ishiguro Laboratories” şirkətinin yaradıcısı professor Xirosi İsiquro bildirib ki, gələcəkdə 

19/10/17
“Nokia 7” smartfonu rəsmən nümayiş edilib

“HMD Global” şirkəti Çində orta səviyyəli “Nokia 7” smartfon modelini təqdim edib. 

19/10/17
Alimlər səs vasitəsilə biometrik eyniləşdirmə üçün əlavə müdafiə vasitəsi hazırlayıblar

Biometrik eyniləşdirmə zamanı səsdən istifadə edilməsinə baxmayaraq, belə üsul indiyədək etibarlı sayılmır, 

19/10/17
Noutbukların avtonomluğunda inqilab gözlənilir

“Microsoft” korporasiyasının “Asus”, “HP” və “Lenovo” şirkətləri kimi tərəfdaşları bazarda qüvvəl

19/10/17
Hibrid “HP ZBook x2” planşeti təqdim olunub

“HP” şirkəti “ZBook” mobil işçi stansiyalar seriyasını klaviaturası çıxarılabilən hibrid planşetlə genişləndirib

19/10/17
Səudiyyə Ərəbistanında "hava ilanları"nın köməyilə elektrik enerjisi hasil ediləcək

Kral Abdulla adına Elm və Texnologiyalar Universitetinin tədqiqat qrupu külək elektrik enerjisinin əldə edilməsi 

19/10/17
Ay orbitinə hava ilə doldurulmuş yaşayış modulu buraxılacaq

“Bigelow Aerospace” özəl kosmik şirkəti “United Launch Alliance” müəssisəsi ilə birlikdə bəyanatla 

19/10/17
“Microsoft” şirkəti “Windows 10 Fall Creators Update” yeniləməsini təqdim edib

“Windows 10” sistemi ilə işləyən qurğu sahibləri üçün “Windows 10 Fall Creators Update” adlı böyük&