12px13px15px17px
Tarix:29/09/11

1 ay ərzində “Opera Mini” istifadəçilərinin sayı 2 dəfə artıb

“Opera Software” şirkəti “Opera Mini” səyyahının avqust ayı üçün statistik məlumatlarını dərc edib.

Press-relizdə bildirilib ki, yayın son ayında mobil veb-səyyah istifadəçilərinin sayı 128 milyon olub. Bu, keçən illə müqayisədə 92,3% çoxdur və iyul ayının göstəricisini 5.1% ötür.

1 ay ərzində “Opera Mini” istifadəçiləri 1,2 petabayt trafik işlədiblər. Əgər veb-səyyah verilənləri serverlərdə sıxmasaydı, istifadəçilər öz telefonlarına 11,4 petabayt məlumat yükləməli olacaqdılar.

Yalnız 2011-ci ilin avqust ayında “Opera Software” data mərkəzləri şəbəkəsi 79 milyard veb-səhifə emal edib.



Baxış sayı: 1474

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024