Tarix:27/12/16
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin məlumatına görə, 2016-cı ilin noyabrında fərdi kompüter istifadəçilərinin 55.83%-i “Chrome” brauzerinə üstünlük verib. Cari ilin oktyabrında bu göstərici 55% olub. “Internet Explorer” brauzerinin payı bir ayda 23.13-dən 21.66%-dək azalıb, “Firefox” brauzerinin payı isə 11.14%-dən 11.91%-dək yüksəlib.
“Chrome” brauzeri 2016-cı ilin aprelində populyarlığına görə “Internet Explorer” brauzerini geridə qoyub. Bu, həm də onunla bağlıdır ki, “Microsoft” korporasiyası cari ilin əvvəlində “Internet Explorer” brauzerinin 11-ci versiyasından başqa digər versiyalarının dəstəyini dayandırıb. Həmin vaxtdan etibarən “Internet Explorer 10” və köhnə versiyalar üçün təhlükəsizlik yeniləmələri və texniki dəstək dayandırılıb.
İndi ABŞ korporasiyası “Edge” brauzerini təşviq edir. Ancaq 2016-cı ilin noyabrında sözügedən brauzerin payı 5.21% təşkil edib.
“StatCounter” xidmətinin statistikasına əsasən, “Chrome” kompüterlər üçün brauzerlər bazarının lideridir, 2016-cı ilin noyabrında payı 63.09%-ə yaxınlaşıb. “Firefox” (14.89%) brauzeri ikinci yerdə, “Internet Explorer” (9.66%) isə üçüncü yerdə qərarlaşıb.
Emil Hüseynov
“Chrome” brauzerlər bazarında mövqeyini möhkəmləndirir
“Chrome” qlobal brauzerlər bazarında mövqeyini möhkəmləndirməyə davam edir, “Internet Explorer” isə əvvəlki kimi sürətlə populyarlığını itirir. 40 mindən çox veb saytda 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən “NetMarketShare” xidmətinin statistikası buna sübutdur.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin məlumatına görə, 2016-cı ilin noyabrında fərdi kompüter istifadəçilərinin 55.83%-i “Chrome” brauzerinə üstünlük verib. Cari ilin oktyabrında bu göstərici 55% olub. “Internet Explorer” brauzerinin payı bir ayda 23.13-dən 21.66%-dək azalıb, “Firefox” brauzerinin payı isə 11.14%-dən 11.91%-dək yüksəlib.
“Chrome” brauzeri 2016-cı ilin aprelində populyarlığına görə “Internet Explorer” brauzerini geridə qoyub. Bu, həm də onunla bağlıdır ki, “Microsoft” korporasiyası cari ilin əvvəlində “Internet Explorer” brauzerinin 11-ci versiyasından başqa digər versiyalarının dəstəyini dayandırıb. Həmin vaxtdan etibarən “Internet Explorer 10” və köhnə versiyalar üçün təhlükəsizlik yeniləmələri və texniki dəstək dayandırılıb.
İndi ABŞ korporasiyası “Edge” brauzerini təşviq edir. Ancaq 2016-cı ilin noyabrında sözügedən brauzerin payı 5.21% təşkil edib.
“StatCounter” xidmətinin statistikasına əsasən, “Chrome” kompüterlər üçün brauzerlər bazarının lideridir, 2016-cı ilin noyabrında payı 63.09%-ə yaxınlaşıb. “Firefox” (14.89%) brauzeri ikinci yerdə, “Internet Explorer” (9.66%) isə üçüncü yerdə qərarlaşıb.
Emil Hüseynov
Baxış sayı: 983
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib