12px13px15px17px
Tarix:30/09/11

Sevinc dolu cümə günü

Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti öz müştərilərinə daha bir maraqlı sürprizini təqdim edir. Bu dəfə “Bakcell” abunəçiləri, sözün əsl mənasında, ürəkləri istədikləri qədər danışacaqlar.

Sadiqliklərinə görə öz müştərilərinə təşəkkür etmək üçün “Bakcell” “Birgünlük xüsusi təklif” elan edir. Bu təklif abunəçilərə gərgin cümə günü ərzində pul barədə fikirləşmədən zəng etmək imkanını yaradacaq.

“Birgünlük xüsusi təklif” çərçivəsində “Bakcell” abunəçiləri şəbəkədaxili zəngin hər çıxış dəqiqəsinə görə 2 pulsuz dəqiqə əldə edəcəklər. Bundan əlavə, zəngin bir dəqiqəsi yalnız 0.03 manata başa gələcək və şəbəkədaxili zənglər üçün 2 pulsuz dəqiqə hədiyyə ediləcək.

“Bakcell”in bütün “Cin”, “Klass” və “Gold” individual abunəçiləri bu inanılmaz fürsətdən yararlana biləcəklər. Müştərilər sadəcə zəng etdikləri “Bakcell” nömrəsinin qarşısında “*055” yığıb ürəkləri istədiyi qədər danışacaqlar.

“Birgünlük xüsusi təklif” yalnız şəbəkədaxili zənglər üçün nəzərdə tutulub. Pulsuz dəqiqələr yalnız cari zəng daxilində istifadə oluna bilər və digər zəngə köçürülə bilməz.

“Bakcell” şirkəti sərfəli tariflər və yüksək keyfiyyət sayəsində öz müştərilərinə daha çox dəyər verən xidmətlər təqdim etməkdədir. “Bakcell”in sərfəli tarif paketləri və yeni “HedsizCIN”, “QazanCIN”, “Summer nights”, “SMS Nights”, “Free SMS Day”, “Free MMS Day”, “Ramadan Special Offer” kampaniyaları, bütün abunəçilərin ehtiyacları nəzərə alınmaqla təşkil edilib və onlara daima əlaqədə qalmaq imkanı verir.



Baxış sayı: 1474

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024