Tarix:30/09/11
Həmin tədbirlər planına uyğun olaraq, ilk növbədə mərkəzi icra hakimiyyəti orqanlarında İKT-nin tətbiqi ilə dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi fəaliyyətinin tənzimlənməsi məqsədilə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Nümunəvi inzibati reqlament”in layihələri hazırlanmışdır.
Həmçinin, mərkəzi icra hakimiyyəti orqanlarından daxil olan təkliflərin beynəlxalq təcrübəyə uyğun təhlili əsasında onlar tərəfindən konkret sahələr üzrə göstəriləcək elektron xidmət növləri müəyyən edilmişdir.
Bu sənədlər aidiyyəti üzrə razılaşdırılaraq təsdiq edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Fərmanın 2-ci bəndinə əsasən mərkəzi icra hakimiyyəti orqanı olaraq RİTN və onun tabeliyindəki qurumlar tərəfindən təqdim olunan xidmətlərin elektron formada təşkili ilə bağlı tədbirlər görülmüşdür.
Əhalinin geniş kütlələrini maraqlandıran telefon rabitəsi, internet, poçt sahələrində müxtəlif xidmətlərin göstərilməsi üçün müraciətlərin elektron formada qəbulu istiqamətində işlər aparılmışdır.
RİTN-in və onun birlik və müəssisələrinin internet saytlarında elektron xidmət bölmələri yaradılmış və elektron xidmətlərin təqdim olunması üçün tələb olunan sənədlərin siyahısı və müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formaları yerləşdirilmişdir.
Elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən elektron formada təqdim olunacaq sənədlərin qəbul edilməsi və onlara bu barədə təsdiqetmə bildirişinin göndərilməsi üçün interaktiv müraciət formaları hazırlanmışdır.
Ödənişli elektron xidmətlərdə ödənişin həyata keçirilməsi üçün elektron ödəmə sistemlərinə qoşulma təmin olunmuşdur.
Dövlət orqanlarında göstəriləcək elektron xidmətlərin siyahısı Nazirlər Kabinetinə təqdim olunmuşdur
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli Fərmanın icrasının təmin edilməsi ciddi nəzarətə götürülmüş, onun həyata keçirilməsi ilə bağlı konkret tədbirlər müəyyənləşdirilmiş və ayrı-ayrı dövlət orqanları tərəfindən bu istiqamətdə görülən işlərin əlaqələndirilməsi məqsədilə xüsusi tədbirlər planı hazırlanmışdır.Həmin tədbirlər planına uyğun olaraq, ilk növbədə mərkəzi icra hakimiyyəti orqanlarında İKT-nin tətbiqi ilə dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi fəaliyyətinin tənzimlənməsi məqsədilə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Nümunəvi inzibati reqlament”in layihələri hazırlanmışdır.
Həmçinin, mərkəzi icra hakimiyyəti orqanlarından daxil olan təkliflərin beynəlxalq təcrübəyə uyğun təhlili əsasında onlar tərəfindən konkret sahələr üzrə göstəriləcək elektron xidmət növləri müəyyən edilmişdir.
Bu sənədlər aidiyyəti üzrə razılaşdırılaraq təsdiq edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Fərmanın 2-ci bəndinə əsasən mərkəzi icra hakimiyyəti orqanı olaraq RİTN və onun tabeliyindəki qurumlar tərəfindən təqdim olunan xidmətlərin elektron formada təşkili ilə bağlı tədbirlər görülmüşdür.
Əhalinin geniş kütlələrini maraqlandıran telefon rabitəsi, internet, poçt sahələrində müxtəlif xidmətlərin göstərilməsi üçün müraciətlərin elektron formada qəbulu istiqamətində işlər aparılmışdır.
RİTN-in və onun birlik və müəssisələrinin internet saytlarında elektron xidmət bölmələri yaradılmış və elektron xidmətlərin təqdim olunması üçün tələb olunan sənədlərin siyahısı və müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formaları yerləşdirilmişdir.
Elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən elektron formada təqdim olunacaq sənədlərin qəbul edilməsi və onlara bu barədə təsdiqetmə bildirişinin göndərilməsi üçün interaktiv müraciət formaları hazırlanmışdır.
Ödənişli elektron xidmətlərdə ödənişin həyata keçirilməsi üçün elektron ödəmə sistemlərinə qoşulma təmin olunmuşdur.
Baxış sayı: 2610
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı