Tarix:11/01/17
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, 2016-cı ildə “Əşyalar interneti” sahəsində qlobal avadanlıq, servis, proqram təminatı və kommunikasiya texnologiyalarının satışı 737 milyard dollar təşkil edib. Yaxın illərdə bazarın illik artımının orta hesabla 15,6 faizə bərabər olaraq 2020-ci ildə 1,29 trilyon dollara çatacağı gözlənilir.
Məlumata görə, ötən il əksər “IoT” investisiyaları istehsal sektorunun payına düşüb (178 milyard dollar). Nəqliyyat daşımaları və kommunal xidmətlər seqmentində xərclər müvafiq olaraq 78 və 69 milyard dollar təşkil edib. Böyüklüyünə görə dördüncü seqment 2020-ci ilədək liderlər üçlüyünə daxil olması proqnozlaşdırılan istehlak seqmenti olub. “IoT” üçün xərclərin ən yüksək artım tempi sığorta, səhiyyə, pərakəndə satış və istehlak məhsulları bazarlarında proqnozlaşdırılır.
Şirkətin tədqiqatında, həmçinin qeyd olunur ki, 2016-cı ildə “IoT” xərclərinin çox hissəsi (31 faiz) avadanlıqların payına düşüb. İkinci yeri servislər, üçüncünü proqram təminatı, dördüncünü kommunikasiya texnologiyaları tutub. Tədqiqatçıların proqnozlarına görə, yaxın beş ildə “IoT” avadanlıqlarının satışı iki dəfə (400 milyard dollaradək) artaraq bazarda ən yüksək göstərici olmasına baxmayaraq bu dinamika digər seqmentlərdən az olacaq.
Qurğuların şəbəkəyə qoşulması üçün modul və ötürücülər “Əşyalar interneti” sahəsində proqram təminatı alışının əsasını təşkil edəcək. “IoT” proqram təminatı seqmentində xərclərdə lider payı 50 faizi ötən proqramların olacağı ehtimal edilir.
Qeyd edək ki, “IoT” bir-biri ilə əlaqə üçün quraşdırılmış texnologiyalarla təchiz edilən fiziki əşyaların hesablama şəbəkəsi konsepsiyasıdır.
Nizam Nuriyev
Dünya “Əşyalar interneti” bazarında ikiqat artım gözlənilir
“International Data Corporation” (IDC) tədqiqat şirkəti yaxın dörd ildə dünya “Əşyalar interneti” (Internet of Things, IoT) bazarının həcminin təxminən iki dəfə artacağını proqnozlaşdırır.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, 2016-cı ildə “Əşyalar interneti” sahəsində qlobal avadanlıq, servis, proqram təminatı və kommunikasiya texnologiyalarının satışı 737 milyard dollar təşkil edib. Yaxın illərdə bazarın illik artımının orta hesabla 15,6 faizə bərabər olaraq 2020-ci ildə 1,29 trilyon dollara çatacağı gözlənilir.
Məlumata görə, ötən il əksər “IoT” investisiyaları istehsal sektorunun payına düşüb (178 milyard dollar). Nəqliyyat daşımaları və kommunal xidmətlər seqmentində xərclər müvafiq olaraq 78 və 69 milyard dollar təşkil edib. Böyüklüyünə görə dördüncü seqment 2020-ci ilədək liderlər üçlüyünə daxil olması proqnozlaşdırılan istehlak seqmenti olub. “IoT” üçün xərclərin ən yüksək artım tempi sığorta, səhiyyə, pərakəndə satış və istehlak məhsulları bazarlarında proqnozlaşdırılır.
Şirkətin tədqiqatında, həmçinin qeyd olunur ki, 2016-cı ildə “IoT” xərclərinin çox hissəsi (31 faiz) avadanlıqların payına düşüb. İkinci yeri servislər, üçüncünü proqram təminatı, dördüncünü kommunikasiya texnologiyaları tutub. Tədqiqatçıların proqnozlarına görə, yaxın beş ildə “IoT” avadanlıqlarının satışı iki dəfə (400 milyard dollaradək) artaraq bazarda ən yüksək göstərici olmasına baxmayaraq bu dinamika digər seqmentlərdən az olacaq.
Qurğuların şəbəkəyə qoşulması üçün modul və ötürücülər “Əşyalar interneti” sahəsində proqram təminatı alışının əsasını təşkil edəcək. “IoT” proqram təminatı seqmentində xərclərdə lider payı 50 faizi ötən proqramların olacağı ehtimal edilir.
Qeyd edək ki, “IoT” bir-biri ilə əlaqə üçün quraşdırılmış texnologiyalarla təchiz edilən fiziki əşyaların hesablama şəbəkəsi konsepsiyasıdır.
Nizam Nuriyev
Baxış sayı: 785
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib