Tarix:18/01/17
Hazırda internetə çıxışa malik qlobal "ağıllı" istehlak elektronikası bazarının 60%-dən çox hissəsi smartfon və planşetlərin payına düşür. 2020-ci ilə dünyada smartfonların sayı 6 milyarda bərabər olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, smartfonlar internetə çıxışa malik ən mühüm “ağıllı” qurğu kimi fərdi kompüteri əvəz edib.
Analitiklərin qiymətləndirməsinə görə, 2016-cı ildə dünyada istehlakçıların mobil proqramlara xərci 54 milyard dollar təşkil edib. 2020-ci ilə bu göstərici 74 milyard dollaradək yüksələcək. Afrika, Yaxın Şərq və Latın Amerikası belə proqram təminatının sürətlə inkişaf edən satış bazarlarına çevriləcək.
"Yeni proqramlar, mobil ödənişlər və xidmətlər üçün geniş imkanlar mövcuddur. İstehlak xərclərinin 50%-nə sahib olan Asiya proqram bazarı liderliyini saxlayacaq" – analitik yazıda qeyd edilib.
Analitiklər ödəmə xidmətləri və messencerlərdən əldə olunan gəlirin sabit artımını proqnozlaşdırıblar. Proqnoza görə, 4 il sonra alış-verişi nağdsız üsulla ödəmək imkanını dəstəkləyən smartfonların sayı 5 milyardı ötəcək.
Emil Hüseynov
2020-ci ilə dünyada istifadədə olan smartfonların sayı 50% artacaq
4 il sonra dünyada istifadədə olan smartfonların sayı 50% artacaq. “IHS Markit” analitik şirkətinin proqnozuna görə, sözügedən bazarın həcmi 355 milyard dollar məbləğində olacaq.Hazırda internetə çıxışa malik qlobal "ağıllı" istehlak elektronikası bazarının 60%-dən çox hissəsi smartfon və planşetlərin payına düşür. 2020-ci ilə dünyada smartfonların sayı 6 milyarda bərabər olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, smartfonlar internetə çıxışa malik ən mühüm “ağıllı” qurğu kimi fərdi kompüteri əvəz edib.
Analitiklərin qiymətləndirməsinə görə, 2016-cı ildə dünyada istehlakçıların mobil proqramlara xərci 54 milyard dollar təşkil edib. 2020-ci ilə bu göstərici 74 milyard dollaradək yüksələcək. Afrika, Yaxın Şərq və Latın Amerikası belə proqram təminatının sürətlə inkişaf edən satış bazarlarına çevriləcək.
"Yeni proqramlar, mobil ödənişlər və xidmətlər üçün geniş imkanlar mövcuddur. İstehlak xərclərinin 50%-nə sahib olan Asiya proqram bazarı liderliyini saxlayacaq" – analitik yazıda qeyd edilib.
Analitiklər ödəmə xidmətləri və messencerlərdən əldə olunan gəlirin sabit artımını proqnozlaşdırıblar. Proqnoza görə, 4 il sonra alış-verişi nağdsız üsulla ödəmək imkanını dəstəkləyən smartfonların sayı 5 milyardı ötəcək.
Emil Hüseynov
Baxış sayı: 620
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır