12px13px15px17px
Tarix:19/01/17

“YouTube” videohostinqinin mobil versiyasında messencer istifadəyə veriləcək

“Google” şirkətinə məxsus “YouTube” videohostinqi mesajlarla mübadilə üçün yeni platforma istifadəyə verib. “TechCrunch” nəşri yazır ki, yeni platforma hələ ki yalnız kanadalılara əlçatandır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, Kanada Şimali Amerikanın internet bazarına oxşarlığına görə sınaq meydançası qismində seçilib. Kanadada yaşayan insanların sayı ABŞ-ın Kaliforniya ştatı ilə eynidir. Bundan başqa, kanadalılar “YouTube” xidmətində daha çox video paylaşırlar.

“Google” şirkəti “YouTube” videohostinqinə messencer funksiyası əlavə etməklə istifadəçilərin müzakirəni “Facebook”da deyil, onun platformasında aparmasını planlaşdırırlar. Yeni platformanın imkanları çarxlara şərh yazılması ilə məhdudlaşmır: həmsöhbətlər bir-birinə mətn mesajları göndərə bilərlər.

Yeni funksiya həm “Android”, həm də “iOS” qurğularda əlçatandır.

Emil Hüseynov






Baxış sayı: 1525

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024