Tarix:25/01/17
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, 2020-ci ilədək qlobal miqyasda internet trafikinin həcmi 2005-ci illə müqayisədə internet istifadəçilərinin (4,1 milyardadək) və şəbəkəyə qoşulan qurğuların sayının artması, genişzolaqlı internetlə məlumatların sürətinin və video ötürmə həcminin artırılması sayəsində 95 dəfə yüksələcək. Üç ildən sonra internet trafikinin 71 faizi fərdi kompüterlərin, mobil qurğuların və televizorların payına düşəcək.
"Cisco" mütəxəssislərinin fikrincə, rəqəmləşmə müvafiq şəkildə hazırlanan şəbəkələrin mövcudluğunu tələb edəcək. Şəbəkələrin rəqəmli dövrə hazırlanması üçün şirkət analitikləri təşkilatlara avtomatlaşdırma üçün kontroller əsasında həllərdən, kontekstli və operativ analitikadan, şəbəkə funksiyalarının virtuallaşdırılmasından (NFV) və "bulud"un miqyasının məhdudlaşdırılmamasını tövsiyə edirlər.
Biznesin aparılma üsullarının dəyişməsi servis və əlavələrin tez qurulmasına, xərclərin azaldılmasına və yüksək təhlükəsizlik səviyyəsinə tələbat yaradır. Bu isə öz növbəsində İT infrastrukturu üçün İT heyətinin yükünün azaldılması, İT resursları ilə işin səmərəliliyinin artırılması, servislərin avtomatlaşdırılması və idarə edilməsi kimi tələblərin meydana gəlməsinə səbəb olur.
Şirkət nümayəndələrinin qənaətinə görə, böyük məlumat kütləsinin analizi əsasında daim təkmilləşən süni intellektin imkanlarından istifadə etməklə təhlükələrin aşkarlanması və aradan qaldırılmasını avtomatlaşdırmaq lazımdır. Məsələn, "Cisco" özünü mühafizə edən şəbəkənin yaradılması üçün potensial təhlükələri avtomatik müəyyənləşdirərək onlara reaksiya verən süni intellektdən istifadə edəcək.
Şirkətin daha bir proqnozu işgüzar sahədə davranışın dəyişməsinə aiddir. Yeni nəsil birgə iş vasitələri "bulud" texnologiyalarına, mobil rabitəyə və inteqrasiyaya açıq texnoloji proseslərə əsaslanacaq. Bundan başqa, birgə işin rolunun artması, müştərilər və həmkarlar arasında effektiv fəaliyyətin yeni metodika və üsullarının yaranacağı gözlənilir.
Bundan əlavə, "Cisco" 2017-ci ildə "bulud" texnologiyalarının şəbəkə hüdudunda üstünlüklərinə nail olmaq üçün "duman" hesablamalarından istifadənin artacağını proqnozlaşdırır. "Duman" hesablamaları gələcəkdə "ağıllı" şəhər layihələrində və "ağıllı" enerji paylanışında tətbiq ediləcək. Məsələn, nəqliyyat axınında təcili yardım maşınının yanan işığını görən videokamera onun maneəsiz getməsi üçün işıqforları avtomatik dəyişdirəcək.
Nizam Nuriyev
İT sənayesinin tendensiyaları açıqlanıb
ABŞ-ın şəbəkə avadanlığı istehsalçısı "Cisco" şirkəti İT və yüksək texnologiyalar bazarında hazırda nəzərdən keçirilən və yaxın illərdə inkişaf edəcək tendensiyalarla bağlı proqnoz tərtib edərək internet trafikinin həcminin artacağını, rəqəmləşmə templərinin sürətləndiriləcəyini, işgüzar sahədə davranışın dəyişməsinə görə İT infrastrukturuna yeni tələblərin yaranacağını, süni intellektin və "duman" hesablamalarının inkişafı üçün daha çox nöqtələrin təşəkkülünü proqnozlaşdırır."ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, 2020-ci ilədək qlobal miqyasda internet trafikinin həcmi 2005-ci illə müqayisədə internet istifadəçilərinin (4,1 milyardadək) və şəbəkəyə qoşulan qurğuların sayının artması, genişzolaqlı internetlə məlumatların sürətinin və video ötürmə həcminin artırılması sayəsində 95 dəfə yüksələcək. Üç ildən sonra internet trafikinin 71 faizi fərdi kompüterlərin, mobil qurğuların və televizorların payına düşəcək.
"Cisco" mütəxəssislərinin fikrincə, rəqəmləşmə müvafiq şəkildə hazırlanan şəbəkələrin mövcudluğunu tələb edəcək. Şəbəkələrin rəqəmli dövrə hazırlanması üçün şirkət analitikləri təşkilatlara avtomatlaşdırma üçün kontroller əsasında həllərdən, kontekstli və operativ analitikadan, şəbəkə funksiyalarının virtuallaşdırılmasından (NFV) və "bulud"un miqyasının məhdudlaşdırılmamasını tövsiyə edirlər.
Biznesin aparılma üsullarının dəyişməsi servis və əlavələrin tez qurulmasına, xərclərin azaldılmasına və yüksək təhlükəsizlik səviyyəsinə tələbat yaradır. Bu isə öz növbəsində İT infrastrukturu üçün İT heyətinin yükünün azaldılması, İT resursları ilə işin səmərəliliyinin artırılması, servislərin avtomatlaşdırılması və idarə edilməsi kimi tələblərin meydana gəlməsinə səbəb olur.
Şirkət nümayəndələrinin qənaətinə görə, böyük məlumat kütləsinin analizi əsasında daim təkmilləşən süni intellektin imkanlarından istifadə etməklə təhlükələrin aşkarlanması və aradan qaldırılmasını avtomatlaşdırmaq lazımdır. Məsələn, "Cisco" özünü mühafizə edən şəbəkənin yaradılması üçün potensial təhlükələri avtomatik müəyyənləşdirərək onlara reaksiya verən süni intellektdən istifadə edəcək.
Şirkətin daha bir proqnozu işgüzar sahədə davranışın dəyişməsinə aiddir. Yeni nəsil birgə iş vasitələri "bulud" texnologiyalarına, mobil rabitəyə və inteqrasiyaya açıq texnoloji proseslərə əsaslanacaq. Bundan başqa, birgə işin rolunun artması, müştərilər və həmkarlar arasında effektiv fəaliyyətin yeni metodika və üsullarının yaranacağı gözlənilir.
Bundan əlavə, "Cisco" 2017-ci ildə "bulud" texnologiyalarının şəbəkə hüdudunda üstünlüklərinə nail olmaq üçün "duman" hesablamalarından istifadənin artacağını proqnozlaşdırır. "Duman" hesablamaları gələcəkdə "ağıllı" şəhər layihələrində və "ağıllı" enerji paylanışında tətbiq ediləcək. Məsələn, nəqliyyat axınında təcili yardım maşınının yanan işığını görən videokamera onun maneəsiz getməsi üçün işıqforları avtomatik dəyişdirəcək.
Nizam Nuriyev
Baxış sayı: 616
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır