Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verdi
"Elektron hökumət" portalında 36 xidməti ilə təmsil olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Poçt ünvanları - interaktiv xəritə" adlı daha bir elektron xidməti portala inteqrasiya olundu.
Bu xidmətdən istifadə etməklə "Azərpoçt" MMC-nin 1550-dən çox poçt şöbəsinin ünvanlarını, poçt indekslərini, poçtların iş rejimini, poçt məntəqəsinə gedən ən yaxın yolu müəyyən etmək mümkündür.
"Google Map" üzərindən təqdim edilən bu xidmət bir çox funksionallıqları özündə birləşdirir. Xəritə üzərində küçə adına, poçt indeksinə və telefon nömrəsinə görə axtarış etmək olar. Məsələn, əgər küçə adı üzrə poçt məntəqəsi haqqında məlumat almaq istəyirsinizsə, menyudan "Küçə adına görə" kateqoriyasında müvafiq xanadan lazım olan küçənin adını seçməklə xəritə üzərində açılan pəncərədə poçt məntəqəsi ilə bağlı bütün məlumatlarla tanış olmaq mümkündür.
Digər 2 kateqoriya - "poçt indeksinə görə", "telefon nömrəsinə görə" seçməklə də eyni formada axtarış etmək olar.
Xidmətin funksional imkanları genişdir.
"marşrutu göstər"düyməsini seçdikdə lokasiya üzrə poçt məntəqəsinə olan nəqliyyat vasitəsinin hərəkət marşrutu göstərilir.
Qeyd edək ki, ötən il Məlumat Hesablama Mərkəzi "iOS" və "Android" əməliyyat sistemində işləyən qurğular üçün "Poçt Ünvanları" adlı, eyni funksiyalı mobil tətbiq də istifadəyə verib.
"Poçt Ünvanları" mobil tətbiqini "App Store" və "Play Store"-da "Poçt Ünvanları" yazıb axtarış etməklə mobil qurğunuza yükləyə bilərsiniz.
Baxış sayı: 942
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı