Tarix:25/01/17
“ICTnews” Elektron Xəbər Xidməti “Searchengines” resursuna istinadən yazır ki, yeni hesabat 3,9 milyard insanın (dünya əhalisinin ümumi sayının 51 faizi) rabitə və informasiya texnologiyaları tariflərinin kifayət qədər ucuzlaşdırılmasına baxmayaraq hələ də internetdən yararlanmaq imkanından məhrum olmasını nümayiş etdirir. Onların əsas hissəsi Asiya-Sakit okean regionu və Afrika sakinləridir (80 faiz). MDB ölkələrində internetin imkanlarından 93 milyon nəfər və ya birliyin ümumi əhalisinin üçdə bir hissəsi yararlanmır.
Tədqiqatçılar qeyd edir ki, inkişaf etmiş ölkələrdə internet istifadəçilərinin payı 81 faiz təşkil edirsə, nisbətən geridə qalan ölkələrdə bu göstərici 15 faizə bərabərdir. Həmçinin Afrika əhalisinin 75 faizi internetə çıxış imkanından məhrum olduğu halda Avropa ölkələrində insanların yalnız 21 faizi bu imkana malik deyil.
Hesabata görə, inkişaf etmiş ölkələrdə internetin nüfuzetmə səviyyəsinin yüksək olmasına baxmayaraq ümumi statistika internetdən istifadə edən əksər insanların inkişaf etməkdə olan ölkələrdə (inkişaf etmiş ölkələrdə 1 milyardla müqayisədə 2,5 milyard istifadəçi) yaşamasını göstərir.
Hazırda əksər iri İT şirkətləri üçüncü dünya ölkələrində internetin inkişafına böyük investisiyalar yatıraraq ucqar yerlərin sakinlərinə internetdən istifadə imkanı yaradır. Oxşar təşəbbüslərin biri ilə Hindistanda “Express Wi-fi” proqramını istifadəyə verən “Facebook” şirkəti məşğul olur.
Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. Təşkilat 150 il ərzində qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım göstərir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.
Nizam Nuriyev
Yer kürəsi əhalisinin yarısından çoxu internetdən istifadə etmir
Planet sakinlərinin yarısından çoxu internet istifadəçisi deyil. Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) apardığı tədqiqatda deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Searchengines” resursuna istinadən yazır ki, yeni hesabat 3,9 milyard insanın (dünya əhalisinin ümumi sayının 51 faizi) rabitə və informasiya texnologiyaları tariflərinin kifayət qədər ucuzlaşdırılmasına baxmayaraq hələ də internetdən yararlanmaq imkanından məhrum olmasını nümayiş etdirir. Onların əsas hissəsi Asiya-Sakit okean regionu və Afrika sakinləridir (80 faiz). MDB ölkələrində internetin imkanlarından 93 milyon nəfər və ya birliyin ümumi əhalisinin üçdə bir hissəsi yararlanmır.
Tədqiqatçılar qeyd edir ki, inkişaf etmiş ölkələrdə internet istifadəçilərinin payı 81 faiz təşkil edirsə, nisbətən geridə qalan ölkələrdə bu göstərici 15 faizə bərabərdir. Həmçinin Afrika əhalisinin 75 faizi internetə çıxış imkanından məhrum olduğu halda Avropa ölkələrində insanların yalnız 21 faizi bu imkana malik deyil.
Hesabata görə, inkişaf etmiş ölkələrdə internetin nüfuzetmə səviyyəsinin yüksək olmasına baxmayaraq ümumi statistika internetdən istifadə edən əksər insanların inkişaf etməkdə olan ölkələrdə (inkişaf etmiş ölkələrdə 1 milyardla müqayisədə 2,5 milyard istifadəçi) yaşamasını göstərir.
Hazırda əksər iri İT şirkətləri üçüncü dünya ölkələrində internetin inkişafına böyük investisiyalar yatıraraq ucqar yerlərin sakinlərinə internetdən istifadə imkanı yaradır. Oxşar təşəbbüslərin biri ilə Hindistanda “Express Wi-fi” proqramını istifadəyə verən “Facebook” şirkəti məşğul olur.
Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. Təşkilat 150 il ərzində qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım göstərir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.
Nizam Nuriyev
Baxış sayı: 925
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib