12px13px15px17px
Tarix:30/09/11

Noutbuklar planşetləri sıxışdırsa da ...

“Hərçənd ki multimedialı planşet kompyuterləri vaxtilə məşhur olan netbukları ötərək faktiki olaraq mobil fərdi kompyuter bazarını dəyişdirib, lakin ənənəvi noutbuklar əvvəlki kimi tələbatlı olacaqlar, 2015-ci ilə isə onların istehsalı 100 milyona qədər artacaq” “İHS iSuppli” analitikləri bu qənaətdədir.

4 il sonra noutbukların tədarükləri 324,9 milyon qurğuya qədər artacaq, bu göstərici isə 2011-ci il illə müqayisədə 104,8 milyon daha çoxdur.

Ehtimal edilir ki, yaxın illərdə leptopların illik istehsalı planşetlər tərəfindən olan rəqabətə görə azalacaq, lakin noutbuklar həm korporativ seqmentdə, həm də istehlak bazarında əsas rol oynayacaq.

“İHS iSuppli” analitik şirkəti sensor planşetlər bazarında tədarüklərin 2015-ci ilə 245,9% artımını proqnozlaşdırır: 2010-cu ildə 17,4 milyon planşetdən 2015-ci ildə 275,3 milyona qədər artım qeydə alınması planlaşdırılır.



Baxış sayı: 2709

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024