12px13px15px17px
Tarix:01/02/17

Bu brauzerin növbəti versiyası çox sürətli olacaq

Ötən həftə “Google” şirkəti “Chrome” brauzerinin “macOS”, “Windows” və “Linux” əməliyyat sistemləri üçün sabit 56-cı versiyasını istifadəyə verib. Son versiyada bir neçə vacib dəyişiklik reallaşdırılıb: veb səhifələrin yenidən yüklənməsinin sürətlənməsi, “FLAC” audiokodekinin dəstəklənməsi, təhlükəli saytlar haqda xəbərdarlıq və “Flash” texnologiyasından “HTML 5”-ə keçid. Amma məlum olub ki, “Chrome 56” brauzerində elan edilməmiş daha bir funksiya tətbiq edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, veb tərtibatçı Semuyel Rid deyib ki, “Google”un mühəndisləri “Chrome 56” brauzerində fon vərəqləri istifadə edilmədikdə onların söndürülməsi üçün yeni mexanizm tətbiq etmək istəyiblər. Bu, nəzəriyyədə məhsuldarlığı yüksəltməyə, həmçinin noutbuk və başqa yığcam qurğuların avtonom iş vaxtını yaxşılaşdırmağa kömək etməlidir. Amma reallıqda funksiya düzgün işləməyib.

“Google” şirkəti “Chrome 56” brauzerinin adi istifadəçilər üçün istifadəyə verilməsindən öncə bu funksiyanın tətbiqi ilə müəyyən problemlərin ortaya çıxacağını nəzərə alaraq texnologiyanın üzərində işləri davam etdirməyə qərar verib. Mütəxəssislər söz veriblər ki, onlar yeni mexanizmə düzəlişlər edəcəklər və müsbət rəylər olduğu halda funksiya “Chrome 57” brauzerində istifadəyə veriləcək.

Emil Hüseynov




Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024