12px13px15px17px
Tarix:01/10/11

Çinlilər satışda olmayan “Nokia N9 klonu”nu istehsal edib

Əsl “Nokia N9” hələ mağazalara çıxarılmamış, artıq Çin istehsalçıları fin smartfonunun “klon”unu təklif edirlər. Əlbəttə, texniki xüsusiyyətlərə görə qurğu orijinaldan çox geri qalır, lakin nəzərə almaq lazımdır ki, “Nokia N9 klonu”nun qiyməti 64 dollardır.

Bu pula alıcı 240x400 piksel kəskinlikli 3,8 düymlü ekran, 1,3 meqapikselli kamera, həmçinin tutumu naməlum operativ və daxili yaddaş ilə təchiz ediləcək.

“Nokia N9 klonu” SİM kartlar üçün 2 slot, “microSD”, “Bluetooth” modulu və “FM” tünerlə təchiz edilib. Telefonun ölçüləri 115x58x8,8 millimetr, çəkisi 134 qram təşkil edir.

Çin aparatı alıcını, həmçinin “Angry Birds”, “Fruit Ninja” və “Real Racing” kimi hit oyunlarla sevindirməyə hazırdır. Bunlar hamısı “Java”-da yaradılıb.



Baxış sayı: 1356

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024