Tarix:06/02/17
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, tədqiqatçıların hesablamalarına görə, 2016-cı ilin dördüncü rübündə Çində smartfonların tədarükü 135,7 milyon ədədə çataraq ötən ilin analoji dövrü ilə müqayisədə 19 faiz artıb. Ötən ilin yekunları üzrə bazarda 3 faiz artım qeydə alınıb, yerli istehsalçıların payı isə 2015-ci ildəki 46 faizdən 57 faizədək yüksəlib.
Hesabata görə, 2016-cı ildə ölkədə “iPhone” smartfonlarının tədarükü tarixdə ilk dəfə azalıb. Ötən ilin oktyabr-dekabrında azalmanın 12,8 faiz təşkil etməsi nəticəsində “Apple” Çin bazarında ən böyük smartfon tədarükçüləri siyahısında birinci yerdən dördüncü yerə enib. Qara rəngli “iPhone”lar istehlakçıların diqqətini cəlb etsə də, yeni istehsal xəttindən olan “Apple” telefonları əvvəlkilərdən az populyarlıq qazanıb.
Çin smartfonlar bazarında liderliyi ölkədə smartfonların tədarük həcmini iki dəfə artıran yerli “Oppo” şirkəti ələ keçirib. Liderlər üçlüyündə, həmçinin Çinin “Huawei” və “Vivo” şirkətləri yer alıb. Çin istehsalçılarının yüksək fəallığına baxmayaraq onların “Apple”ın Çində bazar payını əhəmiyyətli dərəcədə azalda bilməyəcəkləri vurğulanır.
Nizam Nuriyev
Ən böyük smartfon bazarında “iPhone”un payı ilk dəfə azalıb
“Apple” şirkəti dünyanın ən böyük smartfon bazarı olan Çin bazarında liderliyini itirərək ən yaxşı istehsalçılar üçlüyünə daxil ola bilməyib. Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, tədqiqatçıların hesablamalarına görə, 2016-cı ilin dördüncü rübündə Çində smartfonların tədarükü 135,7 milyon ədədə çataraq ötən ilin analoji dövrü ilə müqayisədə 19 faiz artıb. Ötən ilin yekunları üzrə bazarda 3 faiz artım qeydə alınıb, yerli istehsalçıların payı isə 2015-ci ildəki 46 faizdən 57 faizədək yüksəlib.
Hesabata görə, 2016-cı ildə ölkədə “iPhone” smartfonlarının tədarükü tarixdə ilk dəfə azalıb. Ötən ilin oktyabr-dekabrında azalmanın 12,8 faiz təşkil etməsi nəticəsində “Apple” Çin bazarında ən böyük smartfon tədarükçüləri siyahısında birinci yerdən dördüncü yerə enib. Qara rəngli “iPhone”lar istehlakçıların diqqətini cəlb etsə də, yeni istehsal xəttindən olan “Apple” telefonları əvvəlkilərdən az populyarlıq qazanıb.
Çin smartfonlar bazarında liderliyi ölkədə smartfonların tədarük həcmini iki dəfə artıran yerli “Oppo” şirkəti ələ keçirib. Liderlər üçlüyündə, həmçinin Çinin “Huawei” və “Vivo” şirkətləri yer alıb. Çin istehsalçılarının yüksək fəallığına baxmayaraq onların “Apple”ın Çində bazar payını əhəmiyyətli dərəcədə azalda bilməyəcəkləri vurğulanır.
Nizam Nuriyev
Baxış sayı: 850
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır