12px13px15px17px
Tarix:01/10/11

“Google” şirkəti İrlandiyada yeni data mərkəzin açılışına hazırlaşır

“Google” şirkəti İrlandiyanın Dublin şəhərində yerləşəcək yeni data mərkəzinin açılışına hazırlaşır.

Yeni mərkəz Avropa istifadəçiləri üçün axtarış sistemi, “Gmail” poçt xidməti və “Google Maps” kartoqrafiya sisteminin işi üçün xidmət edəcək. Yeni data mərkəzinə qoyulacaq investisiyaların ümumi həcmi 75 milyon avro təşkil edəcək.

“Google”-dan bildiriblər ki, yaxın vaxtlarda data mərkəzdə binanın yenidən təchiz edilməsi üzrə işlərə başlanacaq.

Data mərkəzin açılışından sonra burada daimi olaraq təxminən 30 insan işləyəcək. Hazırda şirkət artıq texniki mütəxəssislər, elektrik sənayesi işçiləri, server texnologiyaları üzrə mühəndislər və digərləri üçün yerli vakansiya yerlərini açıb.

“Google İreland” rəhbəri Con Xerlixin sözlərinə əsasən, yeni data mərkəz şirkətin bütün analoji meydançaları arasında ən enerji effektivlərdən biri olacaq.

Məlumat üçün qeyd edək ki, “Google” bu yaxınlarda, həmçinin Finlandiyada yeni data mərkəz açıb.



Baxış sayı: 1802

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024