12px13px15px17px
Tarix:14/02/17

Bu il “Əşyalar interneti” qurğularının sayı 8,4 milyarda çatacaq

"Gartner" analitik şirkəti 2017-ci ilin sonunadək dünyada istifadə olunan "Əşyalar interneti" (Internet of Things, IoT) qurğularının sayının 31 faiz artacağını, bazarda xərclərin əsas hissəsinin korporativ sektorun payına düşəcəyini proqnozlaşdırır.

"ICTnews" Elektron Xəbər Xidməti "IGate" resursuna istinadən yazır ki, proqnozlara görə, 2017-ci ildə qlobal miqyasda "IoT" qurğularının sayı 8,4 milyard təşkil edəcək. Ötən il bu göstərici 6,4 milyarda bərabər olub. 2020-ci ilədək isə göstəricinin 20,4 milyardadək artacağı gözlənilir. Bazarda artımın əsas hərəkətverici qüvvəsi kimi tədqiqatçılar Çin, Şimali Amerika, eləcə də quraşdırılan "IoT" avadanlıqlarının sayının ilin sonunadək dünya ümumi həcminin 67 faizinə çatacağı Qərbi Avropanı qeyd edirlər.

Bildirilir ki, əksər "IoT" məhsulları istehlak seqmentinə aiddir: bu il onların sayının 5,2 milyard təşkil edəcəyi ehtimal olunur. Şirkətlərdə isə bu göstərici 3,1 milyard gözlənilir. Bununla belə, mədaxilin həcminə görə 964 milyard gəlir əldə edəcək korporativ sektoru liderdir. Cari ildə istehlakçıların bu həllərə 725 milyard dollar sərf edəcəkləri proqnozlaşdırılır.  

"Gartner" şirkətinin tədqiqatlar üzrə direktoru Piter Midlton qeyd edib ki, sadə istifadəçilər "Əşyalar interneti" texnologiyalarından daha çox televizor və avtomobillərdə, biznes sektoru isə videomüşahidə və elektrik enerjisinin uçotu üçün intellektual cihazlar sistemlərində istifadə edəcəklər.

Şirkət mütəxəssislərinin fikrincə, "IoT" xidmətləri (peşə, istehlak və kommunikasiya) "Əşyalar interneti" bazarının natural ifadədə artımında mühüm rol oynayacaq.

Qeyd edək ki, "IoT" bir-biri ilə əlaqə üçün quraşdırılmış texnologiyalarla təchiz edilən fiziki əşyaların hesablama şəbəkəsi konsepsiyasıdır.

Nizam Nuriyev 




Baxış sayı: 739

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024