12px13px15px17px
Tarix:03/10/11

“MySpace”-in yeni sahibi köhnə əməkdaşlarla yola getmir

Amerikanın “Specific Media” şirkəti cari ilin iyun ayında vaxtilə dünyada ən məşhur olan “MySpace” sosial şəbəkəsini onun əvvəlki sahibi – “News Corp”-dan alıb.

Bu yaxınlarda isə sosial şəbəkənin yeni sahibi “MySpace” əməkdaşlarının 8%-ni və ya 50 nəfəri işdən çıxarıb. Bu barədə etibarlı mənbələrə istinadən “TechCrunch” nəşri bildirib.

Mənbələr həmçinin bildirib ki, “MySpace” şəbəkəsinin işləri əvvəlki kimi elə də yaxşı getmir. "Çıxarılan insanlar sevinirdilər, çünki “Specific Media” şirkətlə nə etmək anlayışına malik deyil" - onlardan biri qeyd edib.

Məlumat üçün qeyd edək ki, Amerikanın “Specific Media” şirkəti “MySpace” sosial şəbəkəsini 35 milyon dollara alıb.



Baxış sayı: 1424

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024