Tarix:20/02/17
“Loon” layihəsi dünyada rabitənin təmini üçün kommunikasiya ötürücü aparatları ilə təchiz edilmiş hava şarlarının qlobal şəbəkəsinin yaradılmasını nəzərdə tuturdu. 2013-cü ildən şirkət tərəfindən stratostatların pilot buraxılışı həyata keçirilir: sınaqlar Avstraliya, Yeni Zelandiya, Braziliyada keçirilib. 2015-ci ildə istehsalçılar İndoneziyada “LTE” şəbəkəsi üzrə internetin paylanması haqda müqavilə imzalayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, ilk öncə konsepsiya hava şarlarının qlobal yerdəyişməsini nəzərdə tuturdu. Ancaq sonra mütəxəssislər başqa üsuldan istifadə ediblər: kompüter təlimi vasitəsilə stratostatlar konkret rayonun üzərində dayanmağı öyrəniblər. Bu üsulu yoxlamaq üçün müəlliflər tərəfindən buraxılmış stratostat havada 98 gün qalıb və bu müddət ərzində alqoritm avtomatik 20 min düzəliş edib.
Bu yaxınlara kimi “Alphabet” şirkəti paralel şəkildə analoji “Titan” layihəsini hazırlayırdı. Bu layihə zamanı yaradılması planlaşdırılan günəş akkumulyatorları ilə işləyən pilotsuz təyyarə ucqar rayonlarda telekommunikasiya xidmətlərini təmin etməli idi. Ancaq şirkət bu məsələni reallaşdırmaq üçün “Loon” layihəsinə üstünlük vermişdi. İndi isə “Loon” layihəsindən də imtina edib.
Emil Hüseynov
“Alphabet” internet paylayan stratostatların qlobal şəbəkəsindən imtina edib
ABŞ-ın “Alphabet Inc.” şirkəti “Loon” layihəsi çərçivəsində stratostatların qlobal yerdəyişməsi konsepsiyasından imtina edib.“Loon” layihəsi dünyada rabitənin təmini üçün kommunikasiya ötürücü aparatları ilə təchiz edilmiş hava şarlarının qlobal şəbəkəsinin yaradılmasını nəzərdə tuturdu. 2013-cü ildən şirkət tərəfindən stratostatların pilot buraxılışı həyata keçirilir: sınaqlar Avstraliya, Yeni Zelandiya, Braziliyada keçirilib. 2015-ci ildə istehsalçılar İndoneziyada “LTE” şəbəkəsi üzrə internetin paylanması haqda müqavilə imzalayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, ilk öncə konsepsiya hava şarlarının qlobal yerdəyişməsini nəzərdə tuturdu. Ancaq sonra mütəxəssislər başqa üsuldan istifadə ediblər: kompüter təlimi vasitəsilə stratostatlar konkret rayonun üzərində dayanmağı öyrəniblər. Bu üsulu yoxlamaq üçün müəlliflər tərəfindən buraxılmış stratostat havada 98 gün qalıb və bu müddət ərzində alqoritm avtomatik 20 min düzəliş edib.
Bu yaxınlara kimi “Alphabet” şirkəti paralel şəkildə analoji “Titan” layihəsini hazırlayırdı. Bu layihə zamanı yaradılması planlaşdırılan günəş akkumulyatorları ilə işləyən pilotsuz təyyarə ucqar rayonlarda telekommunikasiya xidmətlərini təmin etməli idi. Ancaq şirkət bu məsələni reallaşdırmaq üçün “Loon” layihəsinə üstünlük vermişdi. İndi isə “Loon” layihəsindən də imtina edib.
Emil Hüseynov
Baxış sayı: 569
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib